Marneuli Bələdiyyə Məclisi sədrinin əməkhaqqı 6 122 lari olub
Marneuli Bələdiyyə Məclisində vəzifəli şəxslərin və aparat əməkdaşlarının əməkhaqqı artırılıb. 1 yanvar tarixindən Bələdiyyə Məclisi əməkdaşlarının əməkhaqqı 10% artıb, bununla əlaqədar Bələdiyyə Məclisinin 25 dekabr tarixində baş tutan iclasında qərar qəbul olunub.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin əməkhaqqı 5566 laridən 6122 lariyə qədər artıb. Sədrin birinci müavini Tariel Məmmədovun əməkhaqqı 4791 lari olub, daha iki müavin – Rövşən İsgəndərov və Riçard Qiqaninin əməkhaqqı isə 3859 lariyə qədər artıb.

Marneuli Bələdiyyə Məclisində 2 fraksiya yaradılıb – “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”. “Gürcü Arzusu” fraksiyasının sədri Besik Qelenidze, “Vahid Milli Hərəkat” fraksiyasının sədri isə Laşa Kveladzedir. Onlar hər ay 2928 lari əməkhaqqı alacaqlar. “Gürcü Arzusu” fraksiyası sədrinin 7 müavini var, onlar Omar İrişov, Maia Qelaşvili, Vano Burnadze, Adil Qurbanov, Ceyhun Çoydarov, Arsen Axverdyan və Levan Akopyandır. “VMH” fraksiya sədrinin isə bir müavini var, Ramal Əhmədov. Fraksiya sədrlərinin müavinləri əməkhaqqı olaraq 2 395 lari alacaqlar. Marneuli Bələdiyyə Məclisi Komissiyalarının 5 sədrinin əməkhaqqı da 3327 lariyə qədər artıb.

Bələdiyyə Məclisinin vəzifəli şəxsləri ilə yanaşı aparat əməkdaşlarının da əməkhaqqı artıb. Aparat rəhbərinin əməkhaqqı 3857 lari olub. Bələdiyyə Məclisi Aparatında 4 şöbə fəaliyyət göstərir, onların rəhbərlərinin əməkhaqqı da 3059 lariyə qədər artıb.
  • Üçüncü dərəcəli birinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsini 7 nəfər tutur və onların əməkhaqqı 2261 laridir.
  • Üçüncü dərəcəli ikinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsini 14 nəfər tutur və onların əməkhaqqı 2128 lari olub.
  • Dördüncü dərəcəli birinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsini 2 nəfər tutur və onların əməkhaqqı 1862 laridir.

Print Email
FaceBook Twitter Google