Marneulidə iki parkın tikintisinə və iki stadionun bərpasına 595 003 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi Marneuli şəhəri Rustaveli 81 ünvanında və Candarda parkın tikintisini, mövcud stadionların bərpasını planlaşdırır. Marneuli meriyası işlər üçün 26 yanvar tarixində tender elan edib.

Candarda və Rustaveli 81 ünvanında tikiləcək park və bərpa ediləcək stadionun layihəsinə görə, hər iki məkanda mövcud stadionlar bərpa olunacaq, parklar salınacaq. Parklarda uşaqlar üçün attraksionlar və idman üçün məkanlar olacaq.

Marneuli meriyası Marneuli şəhərində, Rustaveli küçəsi 81 ünvanında yerləşən parkın tikintisi və mövcud stadionun bərpası, Candardakı idman meydançasının bərpası, parkın tikintisi işləri üçün 595 003 lari dəyərində tender elan edib.

Rustaveli 81 ünvanındakı stadionun bərpası və parkın tikintisi layihəsinin smeta sənədlərinə görə, işlərin dəyəri 277 078 laridən artıq olmamalıdır. Candardakı stadionun bərpası və parkın tikintisi layihəsinin dəyəri 317 925 laridən artıq olmamalıdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər 14 fevral tarixindən 19 fevral tarixinə qədər təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 150 gün ərzində işləri həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google