Marneuli İdman Məktəbinin məlumatına görə, gənclər arasında oxçuluq
üzrə 2024-cü il Gürcüstan çempionatı Marneuli bələdiyyəsində
keçiriləcək.
“Cari ilin 9-11 fevral tarixlərində Gürcüstan Mədəniyyət, İdman və
Gənclər Nazirliyinin maddi dəstəyi, Gürcüstan Milli Oxçuluq
Federasiyası və Marneuli İdman Məktəbinin təşkilatçılığı ilə
“Azərbaycan Evinin” idman zalında oxçuluq üzrə Gürcüstan çempionatı
keçiriləcək”, – Marneuli İdman Məktəbinin məlumatında
qeyd olunur.
Yarışda 21 yaşa qədər gənclər iştirak edəcəklər. Çempionat klassik
oxçuluq üzrə kişi və qadın kateqoriyasında keçiriləcək. İdman
Məktəbinin məlumatına görə, çempionatda qızlar və oğlanlar
kateqoriyasında finalçılar arasında Marneuli bələdiyyəsində
oxçuluğu təsis edən Qiorqi Qordeziani adına kubok oynanılacaq.
Turnirin çempionları və mükafatçıları müvafiq medal, diplom və pul
mükafatı ilə təltif olunacaqlar.
- Birinci yer – 400
- İkinci yer- 300
- Üçüncü yer – 200
Qiorqi Qordeziani adına kubokun sahibinə 2000 lari dəyərində pul
mükafatı veriləcək.