Marneuli şəhərində su təchizatı 8 fevral tarixindən bərpa olunacaq – Birləşmi Su Təchizatı Şirkəti
İkinci həftədir ki, Marneuli şəhərində bir neçə küçəyə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. İndiki mərhələdə Rustaveli, Sulxan-Saba, Qamsaxurdiya və digər küçələrə su verilmir.

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən “Marneuli” radiosuna bildiriblər ki, içməli suyun verilməsində məhdudiyyətə quyuların sıradan çıxması səbəb olub.

Şirkətdən bildirirlər ki, quyuların təmiri artıq başa çatıb və şəhərə sabahdan, 8 fevral tarixindən adi rejimdə su veriləcək.

Print Email
FaceBook Twitter Google