Marneulinin tanıdılması üçün mədəniyyət, şərab və texnologiya şəhərləri platforması
Marneuli və Saqareco bələdiyyələrinin tanıdılması, mədəni kimliyin qorunması və iqtisadi firavanlığın yaxşılaşdırılması məqsədi ilə iki bələdiyyədə “Mədəniyyət, şərab və texnologiya şəhərləri platforması” forumu keçirilir.

Forumun birinci günü, 4 fevral tarixində yerli özünüidarə nümayəndələri və forum heyəti arasında tanışlıq görüşü keçirilib.

“Səfər çərçivəsində qonaqlar İmir təpəsi və Tserakvi monastır kompleksini ziyarət ediblər, Marneuli ərzaq zavodunda olublar, yerli sahibkarların fəaliyyəti və bələdiyyənin iqtisadi potensialı ilə tanış olublar. Xüsusilə onlar üçün Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xoreoqrafiya ansamblının konserti baş tutub”, – Marneuli meriyasının məlumatına qeyd olunub.

Bu gün, 7 fevral tarixində forum çərçivəsində yerli özünüidarə nümayəndələri və dəvət olunmuş qonaqlarla görüş keçirilib. Görüşdə Marneuli bələdiyyə meri Kənan Ömərov və Marneuli Bələdiyyə Məclisi sədri Amiran Qiorqadze çıxış ediblər.

“Bugünkü toplantının səbəbi yeni platfromadır. Platforma Marneuli və Saqareco bələdiyyələrinin əməkdaşlığı üçün yaradılıb və innovativ imkandır. Qeyd olunan platfroma Avropa Festivalları Assosiasiyasının, Avropa Festival Şəhərləri Platforması çərçivəsində formalaşdırılıb. Sevinirəm ki, platforma çərçivəsində birinci beynəlxalq foruma ev sahibliyi edirik. Bu forumda dünyanın 12-yə yaxın ölkəsindən nümayəndələr iştirak edirlər. Platforma çərçivəsində heyət üzvlərinə Marneuli və Saqareco bələdiyyələrini ziyarət etmək şəraiti yaradıldı. Onlar mövcud turizm potensialı ilə tanış oldular, yerli sahibkarlarla görüşdülər. Gələcəkdə platforma bələdiyyələrə müxtəlif fəaliyyətlər haqqında beynəlxalq arenada məlumat yaymaq, qrantlar qazanmaq, Avropa festival şəhərləri ilə əməkdaşlıq etmək şəraiti yaradacaq”, – Kənan Ömərov bildirib.

Forumun təşkilatçısı və dəstəkçisi Marneuli, Saqareco bələdiyyələridir. Əlaqələndirici isə Qafqaz Beynəlxalq Mədəni Proqramlar Bürosu və Gürcüstan Texiki Universitetinin “YUNESCO Katedrası”-dır.

“Sevinirəm ki, bu foruma ev sahibliyi edirik. Həmin forum çərçivəsində “Mədəniyyət, Şərab və texnologiya şəhərləri platforması” yaradılıb. Bu platorma bizə rəngarəng bələdiyyənin tarixini və mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməyə imkan yaradacaq. Marneulinin Avropa festival şəhəri platformasının üzvü olması mühümdür. Bunun məqsədi beynəlxalq səviyyədə bizim bələdiyyənin tanıdılması, turizm potensialına dəstək, iqtisadi, mədəni sahənin inkişafıdır. Xatırladaq ki, Marneuli bələdiyyəsnin İmir kəndində, kəsik təpədə, dünyada ilk dəfə insan yabanı üzüm tənəyini əhliləşdirdi və şərabı yaratdı. Həmin arxeoloji abidədə muzeyin tikilişi aparılır və onunla yanaşı bizim bələdiyyədəki başqa görməli yerlər gələcəkdə dünya turizm xəritəsində mühüm yer tutacaq. Qeyd olunan forumda Avropanın müxtəlif ölkələrinin heyət üzvləri iştirak edirdilər. Bu şəhərlər arasında qarşılıqlı əməkdaşlıq və təcrübələri bölüşmək baxımından mühümdür. Platforma bizim bələdiyyənin inkişafına dəstək olacaq”, – Amiran Qiorqadze bildirib.

Qeyd edək ki, Marneuli və Saqareco bələdiyyələri 2023-cü ildə rəsmi olaraq Avropa festival şəhərləri platformasına qoşulublar və platforma üzvləri olublar. Əməkdaşlıq əsasında İpək Yolu mədəniyyət qovşağı və Avropa Festival Assosiasiyasının – Avropa Festival Şəhərləri çərçivəsində “Mədəniyyət, şərab və texnologiya şəhərəri platforması” yaradılıb. Platforma hər iki bələdiyyənin tanıdılmasına, mədəni kimliyin qorunmasına və iqtisadi firavanlığın yaxşılaşdırılmasına dəstək olacaq.

Print Email
FaceBook Twitter Google