Qəza səəbəbindən Marneuli şəhəri və ətraf kəndlərə qazın verilməsi məhdudlaşdırılıb
Qəza səəbəbindən Marneuli və ətraf kəndlərə təbii qazın verilməsi məhdudlaşdırılıb. "Socar"-ın qaynar xəttindən "Marneuli" radiosuna bildirdilər ki, saat 13:00-dan bərpa işlərinə başlanılacaq.

"Saat birdən bərpa işlərinə başlanılacaq. Marneuli şəhərində, Tsereteli, Norqiuli, Saimerlo və Bəylər kəndlərində qazın verilməsi məhdudlaşdırılıb. Qəza baş verib, şirkət əvvəlcədən məhdudlaşdırmağı nəzərdə tutmamışdı".

Şirkətdən vətəndaşlara göndərilmiş mesajda qeyd olunub ki, saat 18:00-dan təbii qazın verilməsinə başlanılacaq və günün sonuna qədər başa çatdırılacaq.

"Socar" qaz qurğuları və kranların bağlı saxlanılması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.


Print Email
FaceBook Twitter Google