Kəndə dəstək proqramı çərçivəsində görüşlərin keçirilməsinə başlanılır
12 fevral tarixində, Marneulidə kəndə dəstək proqramı çərçivəsində görüşlərin keçirilməsinə başlanılır. Prioritetlərin seçilməsi məqsədilə yığıncağın ilk günü on kənddə əhali ilə görüşlər keçiriləcək.

Həmçinin, Marneuli meri Kənan Ömərovun kəndində də görüş baş tutacaq.

Kənd toplantısının keçiriləcəyi vaxt və yer:
  • Sabirkənd – məktəb ərazisi – saat 15:00
  • Algeti – inzibati bina ərazisi – saat 13:00
  • Təzəkənd – məktəb ərazisi – saat 14:00
  • Qasımlı – Mədəniyyət Evinin ərazisi – saat 11:00
  • Ağməmmədli – İcma Mərkəzi (Qadın otağı) Evinin ərazisi – saat 12:00
  • Quşçu – məktəb ərazisi – saat 13:00
  • Qaçağan – Mədəniyyət Evinin ərazisi – saat 16:00
  • Təkəli – məktəb ərazisi – saat 15:00
  • Xancığazlı – məktəb ərazisi – saat 13:00
  • Kirəç Muğanlı – məktəb ərazisi – saat 14:00
Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 10 000, ən çox 20 000 lari vəsait ayrılıb.

Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə müxtəlif layihələrin həyata keçirilməsi mümkün olacaq:
  • İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri, baş tikililər, təmizləyici qurğular və s.);
  • Suvarma sistemləri;
  • Kanalizasiya arxları;
  • Sahil bərkitmə işləri;
  • Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və digər yol infrastrukturu;
  • Körpülər, keçidlər;
  • Küçə işıqları;
  • Məktəb ərazisinin abadlaşdırılması;
  • Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;
  • Ambulatoriya binaları;
  • Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;
  • İdman infrastrukturu, meydançalar və meydançaların inventarı;
  • Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin, uşaq parkları, eləcə də istirahət məkanları, ayaqyolu;
  • Dəyirmanların və müvafiq inventarların bərpası;
  • Mini SES-lər və belə stansiyaların bərpası;
  • Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq, müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən nişanların yerləşdirilməsi.
İstifadə edilən əsas şəkil ötən il keçirilən kənd toplantısındandır.

Print Email
FaceBook Twitter Google