Qaracalardan olan Əsmər Nuriyeva ABŞ-da pilot kimi çalışacaq
Qardabani rayonunun Qaracalar kəndindən olan 21 yaşlı Əsmər Nuriyeva ABŞ-da pilot kimi çalışacaq. O, ABŞ-ın Florida ştatının “Epic Flight” Akademiyasının tələbəsidir.

Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub.

Qeyd edək ki, Əsmər Nuriyeva ictimai fəal Xəlil Nurinin övladıdır.

Bu haqda ilk məlumatı ictimai fəal Samirə Bayramova sosial mediyada paylaşmışdı.

Print Email
FaceBook Twitter Google