Marneulili qız boks üzrə Gürcüstan çempionatında birinci yeri tutub
Marneulidə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında boks üzrə Gürcüstan çempionatı baş tutub. Çempionatda Marneuli İdman Məktəbinin gəncləri də iştirak edib və mükafata layiq yerlər tutublar.

“Çempionatda Marneuli İdman Məktəbinin gəncləri uğurla çıxış ediblər. 48 kq çəki dərəcəsində qız boksçu Nərmin Bayramova (fərdi məşqçi: Röyal Qarabağlı) birinci yeri tutub. 45 kq çəki dərəcəsində üçüncü yeri Zurab Kveladze (fərdi məşqçi: Davit Naveriani) qazanıb”, – Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

İdman Məktəbinin məlumatına görə, çempionat 20-25 fevral tarixlərində Marneuli şəhərində, “Azərbaycan Evi” İdman Mərkəzində keçirilib.

Çempionatın təşkilatçıları Gürcüstan Milli Boks Federasiyası və Marneuli İdman Məktəbidir. Çempionat Gürcüstan Mədəniyyət və İdman Nazirliyi, Marneuli yerli özünüidarəsinin dəstəyi ilə keçirilib.

İdman Məktəbinin məlumatına görə, bu il çempionatda 230 boksçu iştirak edib.

Print Email
FaceBook Twitter Google