BGMİ Adigeni bələdiyyəsində baş verən hadisə ilə bağlı bəyanat yayıb
Bütün Gürcüstan Müsəlmanları İdarəsi Adigeni bələdiyyəsində baş verən hadisə ilə bağlı bəyanat yayıb.

İdarənin yaydığı məlumatda deyilir ki, bununla bağlı aidiyyatı orqanlara müraciət ediblər.

Bəyanatı sizə təqdim edirik:

“Adigeni bələdiyyəsində baş verən hadisə bizi dərindən narahat etdi. Biz insanların etnik və dini zəmində təqibə məruz qalamasını qınayırıq və bunun qətiyyən qəbuledilməz olduğunu bildiririk.

Xatırladırıq ki, ölkəmizin konstitusiyasında din və etiqad azadlığı qorunur. Buna görə də, hər bir vətəndaşın vəzifəsidir ki, həm ölkə konstitusiyasına, həm də bir-birinin dəyərlərinə, müxtəlif etnik və konfessiyalara mənsub insanlara hörmətlə yanaşsın.

Faktla əlaqədar olaraq tərəfimizdən, aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Gürcüstanda ənənəvi tolerantlığa bərpası mümkün olmayan, ziyan vura biləcək oxşar halların gələcəkdə təkrarlanmaması üçün baş vermiş hadisəni operativ şəkildə araşdırıb, müvafiq tədbirlər görsünlər.

Bir daha tərəfləri sakit olmağa və təxribatlardan çəkinməyə çağırırıq.

Uca Allahdan önümüzdəki mübarək Ramazan ayına xatir ölkəmizə və bütün dünyaya sülh və əmin-amanlıq bəxş etməsini diləyirik”.


Print Email
FaceBook Twitter Google