Meriya şəhərdə əyləncə məkanlarının qurulması üçün layihənin tərtib edilməsinə tender elan edib
Marneuli meriyası Marneuli şəhərində istirahət zonasının qurulmasını planlaşdırır. Özünüidarə əyləncə zonasının tikintisi üçün smeta sənədlərinin tərtib edilməsinə görə 120 000 lari dəyərində tender elan edib.

Ərazi Marneuli şəhərində, mərkəzi küçə yaxınlığında yerləşir. Bələdiyyə ötən il həmin ərazidə “Evdə” multietnik festivalını keçirmişdi.

Müsabiqə sənədlərinə əsasən, torpaq sahəsi Algeti çayının sahilindədir və təbii yolla yaradılmış istirahət zolağıdır.

“Layihə ərazisində üç tərəfdən çay axır və bir növ yarımada yaradır ki, bu da ərazinin istirahət potensialını artırır, bələdiyyənin quru subtropik havası var, yayı isti və quraq keçir, layihə ərazisi isə istirahət zonası üçün bir növ oazis yaradır. Beynəlxalq təcrübə və 21-ci əsrdə müəyyən edilmiş müxtəlif şəhər qərarları ilə şəhər çay sahilini bərpa edir. Hər bir belə layihənin həyata keçirilməsi təcrübədə özünü doğruldur və şəhərə daha çox canlılıq qatır”, – sənədlərdə yazılıb.

İstirahət-əyləncə guşəsinin tikintisi üçün smeta sənədlərinin tərtib edilməsi üzrə tenderdə iştirak etmək istəyən şirkətlər 29 mart tarixindən 4 aprel tarixinə qədər təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə imzalandıqdan sonra 120 gün ərzində meriyaya işləri təhvil verməli olacaq.

Print Email
FaceBook Twitter Google