Qasımlı kəndində Novruz bayarmının gəlişi münaisibəti ilə bayram şənliyi keçirilib (FOTO)
12 mart tarixində Qasımlı kəndində Novruz bayarmının gəlişi ilə əlaqədar bayarm şənliyi keçirilib. Şənlikdə kənd sakinləri və qonaqlar iştirak ediblər.

Tədbir Qasımlı Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mərkəzdən verilən məlumata görə, şənlikdə qədim adət-ənənələr nümayiş etdirilib.

"Şənlikdə qədim adət-ənənələrimiz və Novruzun rəmzlərindən olan səməni, müxtəlif şirniyyatlarla bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları da yer almışdı. Bayramın əsas personajları olan Kosa və Keçəlin çıxışı şənliyə xüsusi zövq qatdı. Mərkəzin üzvlərinin baharı, ölkəmizi tərənnüm edən mahnıları və rəqsləri bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratdı. Biz də Qasımlı gənclər mərkəzi olaraq hər kəsi və ümumilikdə türk dünyasını bahar bayramı münasibəti ilə təbrik edir, ailənizə bol-bol ruzi bərəkət, xalqımıza isə əmin-amanlıq gətirməsini diləyirik".

Qeyd edək ki, 12 mart tarixində Yel çərşənbəsi qeyd olundu. Martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 21-də qeyd olunacaq.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google