Marneulinin üç məktəbində həkimlər üçün vakansiya elan olunub
Marneulinin üç məktəbində həkimlər üçün vakansiya elan olunub. Marneuli şəhər 3 saylı ictimai məktəbi, Sadaxlı 2 saylı ictimai məktəbi və Şaumyani 3 saylı ictimai məktəbi həkim axtarır.

Müəllimlər üçün iş elanı veb-saytında dərc olunan məlumata görə, Sadaxlı 2 saylı ictimai məktəbində 13 mart tarixinə, Şaumyan 3 saylı ictimai məktəbində 15 mart tarixinə, Marneuli şəhər 3 saylı ictimai məktəbində isə 17 mart tarixinə qədər vakant yerlərə ərizələr qəbul olunacaq. Hər üç vakansiyada əməkhaqqı 600 laridən başlayır.

Marneuli bələdiyyəsinin Şaumyan kənd 3 saylı ictimai məktəbi:
  • İş saatı – həftədə 40 saat
  • Təxmini əməkhaqqı – 600-720 lari/ayda
Marneuli bələdiyyəsinin Sadaxlı kənd 2 nömrəli ictimai məktəbi:
  • İş saatı – həftədə 40 saat
  • Təxmini əməkhaqqı – 720 lari/ayda
Marneuli şəhər 3 saylı ictimai məktəbi:
  • İş saatı – həftədə 40 saat
  • Təxmini əməkhaqqı – 0-605 lari/ayda
Seçilmiş namizədlər 1 aprel tarixindən işə başlaya biləcəklər.

Print Email
FaceBook Twitter Google