2023-cü ildə Kvemo Kartlidə qadınlara qarşı zorakılıqla bağlı 103 fakt qeydə alınıb
2023-cü il ərzində Kvemo Kartlidə qadınlara qarşı zorakılıqla bağlı 103 fakt qeydə alınıb. Daxili İşlər Nazirliyinin yayımladığı statistik göstəricilərə əsasən qadınlar ən çox psixoloji zorakılığın qurbanı olurlar.

Qadınlara qarşı zorakılıq növlərinin statistik göstəricilərinə görə, Kvemo Kartlidə qadına qarşı 78 psixoloji zorakılıq faktı müəyyən edilib. Qadınlar 14 halda fiziki zorakılıq, 7 halda cinsi zorakılıq, 3 halda məcburiyyət, 1 halda isə iqtisadi zorakılıq qurbanı olublar.

Qadına qarşı zorakılıq hallarına görə Tbilisi liderlik edir, daha sonra Acarıstan, sonra isə Kvemo Kartli gəlir.

Ötən il Gürcüstanda 746 qadın psixoloji zorakılığın qurbanı olub. 129 qadın fiziki, 23 qadın isə cinsi istismara məruz qalıb. 2023-cü ildə 20 qadın məcburiyyətin, 2 qadın iqtisadi zorakılığın, 1 qadın isə baxımsızlığın qurbanı olub.

Print Email
FaceBook Twitter Google