Marneulidə içki mağazasının qapısını sındırıblar
Marneuli şəhərində, Qamsaxurdiya küçəsində yerləşən içki mağazasının qapısını sındırıblar. Hadisə bu gün, 14 mart tarixində baş verib.

Mağazadan “Marneuli” radiosuna verilən məlumata görə, mağazadan heç nə oğurlanmayıb. Mağazada yalnız şüşə qapını sındırıblar.

Hadisə yerinə ekspert-kriminalistlər qrupu cəlb olunub.

“Marneuli” radiosunun Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə başqasının əşyasına ziyan vurma və ya məhv etməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Print Email
FaceBook Twitter Google