Marneulidə qanun pozuntuları fonunda keçirilmiş seçkilər
Marneuli bələdiyyəsi hər seçkilərdə siyasi
gərginliklə seçilir və yerli media vasitələrindən başqa, mərkəzi
medianın diqqət mərkəzində olur.
2018-ci ilin noyabrında baş tutan seçkilər də
istisna deyildi.
Siyasi gərginlik, təsir, qarşıdurma və hədələmə altına bir çox
jurnalist, adi seçici və ya QHT sektorunun nümayəndəsi düşdü.
Qızılhacılı kəndində 89 saylı məntəqədə Marneuli radiosunun
jurnalistini seçki məntəqəsində müşahidə etdiyi zaman binadan
çıxarırdılar və peşəsini yerinə yetirməkdə mane olurdular.
“Şəffaflı-Gürcüstan” prezident seçkilərinin yekun hesabatını artıq
təqdim edib. Hesabatda Marneulinin məntəqələrindən biri təsvir
olunub. Məsələ seçicinin alınması faktına aiddir. Hesabatda
oxuyuruq ki, Marneulinin 4 saylı uşaq bağçasının əməkdaşlarından
Zurabişviliyə səs verməyi tələb edirmişlər. Bunu bağçanın
əməkdaşlarından biri təsdiqləyir. O, öz rəhbərinə Telavidə
qeydiyyatda olduğunu və orada səs verəcəyini necə izah etdiyi haqda
danışır.
Bundan əlavə Marneulidə bir neçə seçki məntəqəsində eyni adamların
ikinci dəfə səs verməsi faktları qeydə alınıb. Marneulidə Gənc
Hüquqşünaslar Assosiasiyası Qızılhacılı kəndinin 49 saylı seçki
məntəqəsində səsvermənin dayandırılmasını və nəticələrin batil
hesab edilməsini tələb edirdi. Çünki məntəqədə güman edilən bir
neçə saxtalaşdırma faktı qeydə alınıb, ancaq Marneuli Seçki
komissiyasının sədri İaqob Asanidze məntəqənin bağlanması
ehtiyacını görməyib.
Qeyd etdiyimiz kimi prezident Marneulidə seçkilər sakit keçməyib.
Böyük qarşıdurmalardan biri isə İmir kəndində baş verdi. Orada
müxalifət partiyasının nümayəndəsi hakimiyyət partiyasının
üzvlərindən birini və hüquq mühafizəçisini protokolu oğurlamaqda
ittiham edirmiş.
Seçkiləri Gənc Hüquqşünaslar Assosiasiyasının Kvemo Kartli ofisinin
hüquqşünası Ekaterine Pavlenişvili aktiv şəkildə müşahidə
edirdi.
Daha ətraflı verlişin qeydini dinləyə
bilərsiniz.