Dil baryeri direktorlar imtahanını verməyə mane olurmu? – Aktual Mövzu
13:03 / 25.04.2023
2023-cü ildə Marneuli bələdiyyəsinin 74 ictimai məktəbindən yalnız
üç nəfər direktorlar üçün imtahandan keçə bilib.
Bələdiyyənin indi, ümumilikdə 10 nəfər imtahanı vermiş aplikantı
var. Onlar sertifikat almaq üçün söhbət mərhələsindən də
keçməlidirlər.
2022-23-cü illərdə ictimai məktəb direktorunun sertifikat
imtahanlarında Gürcüstan miqyasında 3205 aplikant qeydiyyatdan
keçib. Onlardan ümumilikdə 1841 nəfər imtahana gedib və 755 nəfər
birinci mərhələdən keçib. İkinci mərhələ söhbəti nəzərdə tutur və
28 aprel tarixində başa çatacaq.
Direktorların sertifikat imtahanlarında aşağı səviyyədə iştirak
etməsi səlahiyyətləri icra edən direktorların yerini
qoruyub-saxlayacağına zəmanətdir. Əgər sertifikat imtahanını vermiş
namizəd Marneulinin hər hansı məktəbində işləmək istəyərsə o,
məktəbin Qəyyumlar Şurası ilə söhbət mərhələsindən keçməlidir. Şura
isə həmin məktəbin pedaqoqları və valideynlərindən təşkil olunub.
Təqdim olunan namizədi məktəbin Qəyyumlar Şurası seçir. Gürcüstan
miqyasında ümumilikdə, 2086 ictimai məktəb fəaliyyət göstərir.
“Marneuli” radiosunun “Aktual Mövzu” verilişində direktorlar
imtahanından, onun əhəmiyyətindən və onunla əlaqədar olan dil
baryerindən danışırıq. Verilişin qonaqları müəllim Nato Samxaradze
və Maka Menteşaşvili, eləcə də Vətəndaş inteqrasiyası və
dillərarası əlaqələr mərkəzinin sədri, təhsil üzrə mütəxəssis Şalva
Tabatadzedir.