"Aktual mövzu" verilişi – Evdə istehsal olunan süd məhsulları 2020-ci ildən piştaxtalardan yığışdırıla bilər
Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət sahəsi haqqında saziş Assosiasiya sazişinin vacib hissəsidir. Çünki yalnız o, Avropa Birliyi ilə iqtisadi inteqrasiya mexanizmini əhatə edir. Gürcüstan üçün Avropa Birliyinin daxili bazarını açır. İstehsal üçün hazırlanan məhsullar yeni tənzimləmələrə ehtiyac duyur.

Onlar arasında yaxınlarımızdan almağa öyrəşdiyimiz məhsullar da var. Ola bilsin sağlamlıq üçün zərərli olsun. Nəinki Avropa Birliyinin bazarı ola bilsin yerli bazarda da yer tuta bilməsin. Belə məhsulların siyahısına süd məhsulları daxildir.

Marneuli sakini Naira xala süd məhsullarnı tez-tez alır. Doğrudur yeni məlumatları almayıb. Amma dəyişiklik üçün hazırdır. Bununla bağlı həmkarım Vladimer Çxtinudze onunla söhbət edib və sujetdən dinləyə bilərik. “Gəlin mənim gözəllərim, gözəl qızlarım gəldi”.

Bu 47 yaşlı Naira xaladır. O, həyətdə “Lamaza”, “Tebrole”, “Şvelia”, “Marta”, “Maisa” adlı inəklərini artıq illərdir ki, hər gün belə gözləyir. O, deyir ki, inəklərin hamısı öz adını doğruldur. Məsələn, “Lamaza” adlı inəyə baxın, siz də mənimlə razılaşarsınız ki, həqiqətən də gözəldir – deyir əlində vedrə tutan Naira xala. O, indi inəkləri sağmağa gedir. Deyir ki, kənddə inəyin olması mütləq vacibdir.



47 yaşlı Naira süd məhsullarını əsasən qonşulara satır. İndi onun iki inəyi sağlır və deyir ki, tezliklə qalan üç inək də sağılacaq. Belə daha çox süd və gəlir əldə edəcək. Ona görə də süd məhsullarını sonra başqa alıcılara da satacaq. Ancaq 2019-cu ildə qüvvəyə minəcək süd məhsullarının yoxanılmasının və ticarətçilərin öhdəliyinin ciddiləşdirilməsinə dair tənzimləmələr haqqında Naira xala heç nə bilmir.Ancaq yeniliklərdən də qorxmur.

Marneuli bazarının ətrafında olan antisaitariyaya rəğmən biz maraqlandıq ki, əhali yüksək riskli məhsullara daxil olan süd məhsullarını hansı prinsiplə alır. Deyirlər ki, tanışlara etibar edirlər. Ancaq bu nəzəri olaraq deyilir. Yaxın gələcəkdə qüvvəyə minəcək süd məhsullarının kontroluna dair tənzimləmələrlə razılaşırlar.




Marneuli bazarının ətraf ərazisindən başqa daxili bazarda da süd məhsulları satılır. Bazar iki hissəyə bölünüb. Müxtəlif rəhvərliyi var. Hər iki bazarın da laboratoriyası var. Ancaq qatıq, xama, pendir necə yoxlanılır bu başqa məsələdir. Biz hər iki bazarın laborantı ilə danışmağa və süd məhsullarının yoxlandığı qurğu ilə tanış olmağa cəhd göstərdik.

Ancaq bazarın birinci hissəsinin rəhbərliyi müsahibə və çəkilişdən imtina etdi. İkinci hissənin rəhbərliyindən isə yalnı telefon müsahibəsinə razılıq verdilər. Pendirin bazarda yoxanılması və əhaliyə təhlükəsiz məhsulun verilməsi haqqında qanunu hamımız bilirik. Ancaq laborant Nana Kalmaxelidze deyir ki, onların bazarında pendir hələ ki, vizual olaraq yoxlanılır. Yararlı olmasını dad ilə də yoxlayırlar.




Süd məhsullarının vizual yoxlanılması, temperatur rejiminin qorunmaması, antisanitaiya – bunlar əhaliyə böyük təhlükə yaradan problemlərin bir hissəsidir. Gürücstanın Fermerlər Assosiasiyasının sədri Nino Zambaxidze süd məhsullaı bazarda super marketlərdə 2019-2020-ci illərdə qüvvəyə minəcək tənzimləmələrə əsasən necə satılmalı olduğunundan danışır.

Məsələn, məhsul sağlam heyvandan istehsal edilməlidir. Higiyenik-antisanitariya normaları qorunmalıdır. Öz baxımından tənqidi kontrol nöqtələrinin araşdırılmasını nəzərdə tutur. İndiyə kimi tənzimləmələr böyük istehsalçılar üçün qüvvədə idi. İndi isə kiçik istehsalçılara da öhdəlik qoyulur.



Print Email
FaceBook Twitter Google