Şagirdlərin məktəbin özünüidarəetməsi ilə bağlı hansı məlumatları var
Marneuli miqyasında 74
ictimai məktəb fəaliyyət göstərir. Məktəblərin öhdəliyi tədris
müəssisələrində özünüidarəetməni
formalaşdırmaqdır.
Qanun şagirdlərə
özünüidarəetmə vasitəsi ilə özlərinin məktəbin fəaliyyətinə
qoşulması imkanını verir. Özünüidarəetmələr tövsiyyə və təklifləri
ilə Qəyyumlar Şurasına məktəbin hər hansı vacib məsələsi ilə bağlı
müraciət edə bilərlər.
Şagirdlərin özünüidarəetməsi məktəbin struktur vahididir və onu
ümumi təhsil haqqında qanun və məktəb nizamnaməsinə uyğun
(Gürcüstanın ümumi təhsil haqqımda qanunu, maddə 47, bənd) olaraq
şagirdlər öz özüünidarələrinə baza və orta pilləd səviyyəsində
bərabərlik əsasında, gizli səsvermə ilə, siniflərə əsasən bərabər
nümayəndəlik prinsipini qorumaqla seçirlər.
1) Məktəbin daxili qaydaları haqqında tövsiyyələr
hazırlaycaq;
2) Qəyyumlar Şurasına məktəb üçün vacib olan bütün məsələlərlə
bağlı təkliflər vermək səlahiyyətinə malikdir;
3) Qəyyumlar Şurasında öz nümayəndəsini seçir;
4) Məktəbin nizamnaməsi ilə müəyyən edilmi qaydaya əsasən və
Gürcüstan qanunvericiliyinə uyğun olaraq qazanılan qrantların
istifadəsində iştirak edir;
5) Üzvləri beşdə birinin təşəbbüsü ilə məktəb klubları yaradır;
6) Orta pillədə nizam-intizam komitəsində öz nümayəndəsini
seçir.
“Marneuli” radisu maraqlandı ki, şagirdlər özünüidarəetmələr və
məktəbdə özlərinin həyata keçirə biləcəyi məsələlərlə bağlı
məlumatlıdırmı. Biz bir neçə məktəbdə çəkilişdə olduq. Gürcü və
qeyri-gürcü dilli məktəblər arasında fərqlilik qeydə alındı. Demək
olar ki, qeyri-gürcü dilli məktəblərdə şagirdlərin əksəriyyəti
özünüidarəetmələr haqqında heç nə bilmir. Bəzi şagirdlər isə
təəccüblə soruşurdu və cavab verirdi ki, özünüidarəetmə işlərinə
yalnız məktəb qoşulmalıdır. Marneuli radiosunun Marneuli şəhərinin
N5 ictimai məktəbində və Sabirkənd ictimai məktəbində apardığı
sorğunu sizə təqdim edirik. Qeyd etmək lazımdır ki, drektorlar
Marneulinin bir neçə ictimai məktəbinə sorğu mövzusunu bildikdən
sonra bizim daxil omağımıza icazə vermədilər.
Şagirdlərin özünüidarəetməsi məktəb strukturu vahididir. Baza və
orta pillə şagirdləri öz özünüidarəetmələrini seçirlər, bərabərlik
əsasında, gizli səs vermə ilə, şəffaflıq və siniflərə əsasən
bərabər nümayəndələrin prinsipini qorumaqla şagirdlərin
özünüidarəetmə seçkiləri keçirilir. Şagirdlərin özünüidarəetməsinə
özünüidarə tərəfindən seçilmiş sədr rəhbərlik edir.
Gürcüstanın ümumi təhsil müəssisələri Qəyyumlaq Şurası seçir, ümumi
təhsil haqqında qanuna əsasən şura pedaqoqların, valideyn və
şagirdlərin özünüidarə nümayəndələrindən ibarət olur. Beləliklə,
Gürcüstan Təhsil və Elm Nazirliyi və yerli özünüidarəetmə
orqanlarının Qəyyumlar Şurasına səs vermə hüququ olan bir üzv təyin
etmək səlahiyyəti var. Şura üzvünün fərdi şəkildə şura adından
çıxış etmək hüququ yoxdur. Yalnız Qəyyumlar Şurasının ona müəyyən
fəaliyyət göstərmək hüququ verdiyi hallar yaxid məktəbin
nizamnaməsinin müəyyən xüsusi halları nəzərə alması istisnadır.
Şura məktəbin idarəsində strateji rol oynayır. Bu isə məktəbin
məqsəd və üstünlüklərini nəzər almağı nəzərdə tutur, bu məqsədlərə
nail olmaq siyasətinin hazırlnaması və məktəbin inkişafına nəzarəti
müəyyən edir.
Qəyyumlar Şurasının qanunvericiliklə müəyyən edilmiş öhdəliklərə
əsasən məktəbdə milli tədris planı ilə müəyyən edilmiş təhsil
standartlarına nail olmaq səlahiyyəti çatır. Qəyyumlar Şurası
məktəbə resurslarını səmərəli idarə etməkdə yardım etməlidir və
eləcə də tədris planının rəngarəngliyini və neytrallığının
qayğısına qalmalıdır. Məktəbdə tədris zamanı ayrı-seçkilik
yolverilməzdir və müdafiəsiz qrulara diqqət yetirilməlidir.