Həddi-buluğa çatmamış şəxslərin mühakiməsi – həddi-buluğa çatmamış şəxslərin mühakiməsinin ümumi prinsiplərinin müzakirəsi
Həddi-buluğa çatmamış
şəxslərin ən yaxşı marağının üstünlüyü – həddi-buluğa çatmamış
şəxslərin mühakiməsi prosesində ilk əvvəl həddi-buluğa çatmamış
şəxsin ən yaxşı maraqları nəzərə alınır.
Həddi-buluğa çatmamış
şəxslərin ən yaxşı marağı olaraq “həddi-buluğa çatmamış şəxsin
təhlükəsizlik, firavanlıq, sağlamlığının qorunmasının, təhsil,
inkişaf, yenidən sosiallaşma-islahat və başqa maraqlar kimi izah
olunur. Bu maraqların müəyyənləşdirilməsi beynəlxalq standartlar və
həddi-buluğa çatmamış şəxsin fərdi xarakterinə uyğun olaraq, eləcə
də onun fikrini nəzərə alaraq olur. Həddi-buluğa çatmamış şəxsin ən
yaxşı maraqları yaxud uşağın maraqları anlayışı iki məsələni
birləşdirir: nəzarət və çıxış yolu axtarmaq. Nəzarət meyarı uşaq
hüquqları və onunla yanaşmada mövcud olan öhdəliklərin həyata
keçirilməsini təmin etməyi nəzərdə tutur. Çıxış yolu axtarmaq
meyarı isə qərar qəbul olunan zaman bütün mümkün çıxış yollarının
axtarılmasını və uşağın konkret marağına aid olan bütün konkret
halların qiymətləndirilməsini nəzərdə tutur. Həddi-buluğa çatmamış
şəxs saxlanılan kimi prokuror, müstəntiq, yaxud həddi-buluğa
çatmamış şəxsi saxlayan adam həddi-buluğa çatmamış şəxsin
valideyninə, yaxın qohumuna, yaxud həddi-buluğa çatmamış şəxsin
qeyd etdiyi adama xəbər verir.
Ayrı-seçkiliyin qadağan olunması - Həddi-buluğa çatmamış şəxsə,
həmçinin, onun qanuni nümayəndəsinə qarşı birbaşa və ya dolayı
yolla ayrı-seçkilik “Ayrı-seçkiliyin bütün formalarının aradan
qaldırılması haqqında” Gürcüstan qanununun birinci maddəsi ilə
nəzərdə tutulmuş əlamətlə/əlamətlərlə qadağan edilir.
Ayrı-seçkilikdən qorunmaq Gürcüstan Konstitusiyasının 14-cü maddəsi
ilə zəmanət verilmiş hüquqdur. Bu maddə ilə insanın irqi, etnik,
dini, yaxud başqa əlamətlərə görə bərabərhüquqluluğu qorunur.
Həddi-buluğa çatmamış şəxsin ahəngdar inkişaf hüququ - həddi-buluğa
çatmamış şəxsin mühakiməsi prosesində həddi-buluğa çatmamış şəxsin
fiziki, əqli, ruhi, əxlaqi və sosial inkişaf hüququ var. Hüquqi
mühakimələrin bütün həyata keçirilmə mərhələlərində dövlət öz
üzərinə həddi-buluğa çatmamış şəxsin inkişafını təmin etmə öhdəliyi
götürür.
Mütənasiblik – Qanunla mübahisə tərəfi olan həddi-buluğa çatmamış
şəxsə qarşı istifadə olunan ölçü törədilmiş hərəkətlə mütənasib
olmalı və onun şəxsiyyətinə, yaşına, təhsil, sosial və başqa
ehtiyaclarına uyğun olmalıdır.
Ən yüngül vasitə və alternativ ölçünün üstünlüyü, həbs – ən sonuncu
tədbir kimi - həddi-buluğa çatmamış şəxsin mühakimə prosesində
Gürcüstanın Cinayət Məcəlləsinə, Gürcüstanın Prosessual Cinayət
Məcəlləsinə, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə, Həbs
Məcəlləsinə və bu məcəllənin məqsədlərinə nail olmağın ən yüngül
vasitələrinə üstünlük verilir.
Həddi-buluğa çatmamış şəxsin hüquqi mühakiməsi prosesinin
uzadılmasının yolverilməzliyi - həddi-buluğa çatmamış şəxsin
mühakimə prosesi heç bir halda əsassız şəkildə uzadılmamalıdır.
Uzadılan proses zamanı sübutların toplanması çətinləşir,
sürətləndirilmiş proses halında isə sübutlar tez əldə olunur;
Uzadılan proses zamanı əgər həddi-buluğa çatmamış şəxsə qarşı həbs
tədbiri təyin olunmursa, cinayətin təkrar törədilməsi yəqinliyi
artır; Uzadılan proses zamanı təyin olunan cəzanın səmərəliliyi
azalır; Uzadılan proses yeniyetmənin psixikasına mənfi təsir
göstərir; Uzadılan proses zərərçəkənin istəyinə ziddir.
Həddi-buluğa çatmamış şəxsin şəxsi həyatının qorunması –
Həddi-buluğa çatmamış şəxsin mühakiməsi və inzibati məsuliyyətə
cəlb olunması haqqında məlumat ictimai deyil. Həddi-buluğa çatmamış
şəxsin şəxsi məlumatlarının səsləndirilməsi və yayımlanması
yolverilməzdir. Hüquq kontekstində şəxsi həyatın toxunulmazlığı
məsələsi iki vacib komponentdən ibarətdir: 1) Dövlət mübahisənin
tərəfi olan uşaq haqqında onun kimliyinin açıqlanmasına səbəb
olacaq məlumatın yayımlanmasına yol verməməlidir; 2) Televiziya
reportajları zamanı yeniyetmənin xarici kimliyi açıqlanmamalıdır,
çünki bu cinayətkar kimi göstərilən yeniyetmənin ictimaiyyətə
inteqrasiyasına və yenidən sosial həyata qayıtmasına mane
olacaq.
Həddi-buluğa çatmamış şəxsə qarşı fərdi yanaşma - Həddi-buluğa
çatmamış şəxsə qarşı qərar qəbul olunan zaman onun fərdi
xarakterləri nəzərə alınır: yaş, inkişaf səviyyəsi, yaşam,
yetişdirmə və inkişaf şərtləri, təhsil, sağlamlıq vəziyyəti, ailə
vəziyyəti və həddi-buluğa çatmamış şəxsin xasiyyət və
davranışlarının özünəməxsusluğunu qiymətləndirən və onun
ehtiyaclarının müəyyən edilməsinə imkan yaradan başqa hallar.
Layihə Demokratiya Komissiyası Kiçik
Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən
maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir
və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə
bilər.