“Sənin yeganə silahın çəkiçdirsə, hər şey sənə
mismar olaraq görünəcək.”
Bazar ertəsi, yanvarın 21-də Amerika Birləşmiş Ştatlarında Martin
Luter Kinq günü qeyd olundu. Dözülməz soyuq olmasına baxmayaraq
(-15 dərəcə selsi), Vaşinqton küçələrinə minlərlə adam çıxdı, Kinqi
və 60-cı ilin mülki hərəkatını yad etdilər. Xoşbəxtlikdən hazırda
çalışdığım təşkilat bu tədbirin təşkilatçılarından biri idi.
Bu mənə yalnız həmin günün görünən hissəsini deyil, həm də belə
tədbirlərin təşkil edilməsi zamanı qeyri-hökumət təşkilatlarının
necə çalışdığını görmək imkanı yaratdı.
Nəticədə bazar ertəsi günü baş tutan aksiya və ümumiyyətlə ABŞ-ın
qeyri-hökumət sektorunun çalışması ilə bağlı yekun müşahidələrimi
sizinlə bölüşmək qərarına gəldim. Bizim və ABŞ-ın yanaşması
arasında olan əsas fərq nədir?
Nəyi düzgün etmirik? və ya düzgün edirik? və bizim şəraitimizdə
hansı instutisional, struktur və mədəni problemlər mövcuddur? Ümumi
və səthi söhbət alınmasın deyə müqayisə analizinin əsas aksentini –
azlıqların məsələləri üzərində çalışan və ya hansısa azlıq qrupunu
təmsil edən təşkilatlara yönəltmək istəyirəm.
Amerika və gürcü qeyri-hökumət təşkilatı
sektoru arasında ən əsas fərq odur ki, Gürcüstandan fərqli olaraq
burada heç kim Məsihi gözləmir. Bunu yəqin ki, Gürcüstanda hamımız
bilirik.
Ancaq bunu xüsusən qeyd etməyi vacib hesab edirəm. Çünki iki
reallığı müqayisə etməklə çox aydın şəkildə görə bilərik ki, burada
demək olar hamı öz gündəlik rutinli işini görür ki, uzunmüddətli
ümumi məqsədlərinə nail olsunlar. Bizdə isə ümumi məqsədin nə
olduğunu belə bilmirik və yaxud ən yaxşı halda onun haqqında kəskin
parçalardan ibarət təsəvvürümüz var.
Amerikadan fərqli olaraq Şuranın totalitar və kəskin
mərkəzləşdirilmiş sisteminin irsi Gürcüstan əhalisində təsəvvür
yaradıb ki, kimsə mərkəzdən gələcək və periferiya problemini həll
edəcək. Özünü problemsiz periferiya olaraq dərk etmək və qəbul
etmək haqqında heç nə deməsək, belə yanaşma Amerika ictimaiyyəti
üçün qəbuledilməzdir. Daha artığı, burada kəskin şəkildə “yardım
etmək” ambisiyası ilə fəaliyyətə başlayan təşkilatlar və adamlar
klassizmin və rasizmin açıq nümunəsi hesab olunurlar.
Qeyd olunan bizi ikinci fərqə aparıb çıxarır: Gürcüstandan fərqli
olaraq Amerikanın qeyri-hökumət sektorunda demək olar ki, heç kim
hər şeyi bilən Məsih olduğunu və hər şeyi həll edəcəyini
düşünmür.
Aydındır ki, Gürcüstanda keçmiş təcrübələr və
mövcud strukturlar əhalidə Məsihə və xilaskara “tələb” yaradırlar.
O da aydındır ki, qeyd olunan şərtlərlə qeyri-hökumət sektorunun
cazibəyə dözmsi və özünü Məsih roluna girməkdən qoruması olduqca
çətindir. Amma Amerika təcrübəsini və modelini nəzərə alaraq tam
deyə bilərəm ki, bu bizim ölkədə hər bir uğurlu təşkilatı və ya
fərdi məhv etmək üçün xəpəngdir.
Gürcü qeyri-hökumət sektorunda təqribən 5 illik təcrübə nəticəsində
deyə bilərəm ki, bizdə qeyri-hökumət sektorunun böyük hissəsi
düşünür ki, problemin nə olduğunu və onu asan şəkildə necə həll edə
biləcəyini dəqiq bilir. Qeyd olunan məsələni özü yaşayan şəxslərdən
soruşmaq onların heç ağlına da gəlmir. Belə adamların nə qədər
müsbət və yaxşı məqsədləri olsa da çox hallarda onlar aşağıda qeyd
olunan bir və ya bir neçə səbəbə görə uğursuz olurlar:
• Qeyri-hökumət təşkilatları başqa dövrdə və reallıqda çox yaxşı
işləmiş hazır reseptlə daxil olurlar.
• Qeyri-hökumət sektoru əhalinin dehumanizmləşdirilməsinə başlayır
və onlara yuxarıdan aşağı baxmağa başlayır. Çox hallarda bu
qeyri-hökumət sektoru tərəfindən hər şeydə məzlum olan əhalinin
günahlandırılması ilə davam edir.
• Əhalidə (yanlış) təsəvvürlər yaranır ki, qeyri-hökumət sektoru
həqiqətdə başqa məqsədlə çalışır və onları əhalinin real
probleminin həlli maraqlandırmır.
• Əhali və qeyri-hökumət sektoru arasında etibar yaranmır.
Əhali və
qeyri-hökumət sektoru arasında etibarsızlıq və ünsiyyət
çatışmamazlığının yaranması üçüncü fərqə aparıb çıxarır:
Gürcüstandan fərqli olaraq burada heç kim düşünmür ki, kimsə dövlət
təhlükəsizlik xidmətinin göndərdiyi agent ola bilər.
Azlıqların
məsələləri üzərində çalışan qeyri-hökumət sektorunun nümayəndələri
üçün Paata Zakareişvilinin dövlət təhlükəsizlik xidmətinin
nazirliklərin fəaliyyətinə necə təsir göstərməsi ilə bağlı bəyanatı
yenilik olmayıb.
Daha artığı, azlıqlarla bağlı çalışan qeyri-hökumət təşkilatları
arasında ən böyük sual kimin dövlət təhlükəsizlik xidmətinə
çalışmasıdır.
Bu sual o, qədər
ciddi şəkildə durur ki, çox hallarda ən yaxın dostlar və illər
ərzində birgə çalışan həmkarlar belə bir-birinə şübhə ilə
baxırlar.
Mənim müşahidəmə görə bu etibarsızlığın və paranoyik qorxunun
mənbəyi bir tərəfdən özü haqqında yüksək təəssüratı olan, məzlum və
ayrı-seçkiliyə məruz qalan əhali ilə heç bir əlaqəsi olmayan,
əhaliyə yuxarıdan aşağı baxan və özünü əhalinin lideri və yeganə
xilaskarı hesab edən qeyri-hökumət təşkilatı nümayəndələridir.
Digər tərəfdən isə azlıqların şərtsiz təhlükə hesab olunması və bu
məsələ üzərində çalışmağın – gizli agent işi olması mühitini və
reallığını yaradan Dövlət Təhlükəsizlik Xidmətidir.
Bizim heç
birimiz (yəqin heç DTX-də) inanmaz ki, Gürcüstan Dövlət
Təhlükəsizlik Xidməti Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyindən
daha peşəkardır, və ya Amerikanın İstintaq üzrə Federal
Bürosundan
ბლოგი ავტორი -
ფულბრაიტის პროგრამის სტუდენტი ქამრან
მამედოვი