Səsli fikirlər
„Gəlin mənim süpürgəmdir...” - Ziyaddın Hüseyinovun səsli fikri
Müasir dünyada, necə deyərlər 21-ci əsrdə yaşamağımıza baxmayaraq cəmiyyətimizdə qadınlarla bağlı bir çox yanlış fikirlər, stereotiplər mövcuddur. Bunlardan bir neçəsini müzakirə etmək istəyirəm.

Əvvəlcə başlayaq bu stereotipdən “Qadın zəif məxluqdur”. Əvvəlcə sizcə də „məxluq“ sözü çox yanlış ifadə deyilmi? „Məxluq” yox bir „Canlı“... “Zəif” sözünə gəldikdə isə xeyir, heçdə elə deyil. Bu günə qədər qarşı cinsi heç vaxt zəif və ya gücsüz kimi görməmişəm. Keçən əsrdə, loru dilində desək “komministin vaxtında” da qadınlar həm işləyib pul qazanıb həm də evdə uşaq böyüdüb, tərbiyə ediblər. Eləcədə məktəb vaxtı qadın müəllimələrimizin sayı daha çox idi nəinki kişi müəllimlərin. Hal-hazırda Tbilisidə, dövlət ve özəl universitetlərdə oxuyan eləcədə cəmiyyətdə aktiv olan qızların sayı daha çoxdur. Həmçinin bizim hazırlıq vaxtı qrupda qızların sayı daha çox idi nəinki oğlanların . Mənim fikrimcə, cəmiyyətdə bu qədər savadlı və aktiv qızlar olduğunu nəzərə alsaq bu sözü demək heçdə düzgün olmaz . Əlbəttə burada fiziki cəhətdən zəifliyi nəzərdə tuta bilərsiniz ancaq, fiziki cəhətdən zəif olsa da böyük nəailiyyət qazanan bir çox qızlar var. Qeyd etdiyim kimi tələbə olan qızların sayı ötən illərlə müqayisədə daha çoxdur ve günü gündən çoxalır. Əlbəttə bu çox müsbət bir haldır. Amma bu vəziyyət cinsiyyətindən və ya yaş məhdudiyyətindən asılı olmayaraq qızların aktivliyi birmənalı qarşılanmır.

Məsələn deyirlər ki, “Filankəsin qızı Tiflisdə oxuyur. Kim bilir nəynən məşğuldu, nağayrır orada? Gözünün qavağında döy haa..” və ya “ Az filankəsin qızını marşrutda gördüm, deyir: Marnola hazırlığa gedirəm. Dədəsində, anasında ürəy var deyirəm dana. Təhcə də qız eşiyəmi çıxar..?” Məncə bu kimi ifadələri deyənlərin çoxuda məhz qadınların özüdür. Qadının dəstəkçisi ilk növbədə öz həmcinsi olmalıdır. Yəqin məhşur “ Qayınana” filmindən bu fraza yadınızdadır “ Gəlin mənim süpürgəmdir, harada qoysam orada da durmalıdır. ” Qadın da qadına belə deyərsə daha biz kişilərdən böyük şeylər gözləmək məntiqsiz olar. Məntiq demişkən qədimdə qızları doğulduqdan sonra ya diri-diri yandırır yada ki bastırırlarmış. Yəqin özlərini də bir qadInIn dünyaya gətirdiyini unudublarmış, əks halda bu hadisə heç bir məntiqə sığmır. Və fikirimi Peyğəmbər (s.ə.v) əfəndimizin sözləriylə bitirmək isteyirəm. „Cənnət anaların ayağı altındadır.“ Unutmayaq ki, qadın cəmiyyətin bir hissəsidir, qadın o cənnətin yerləşdiyi yerdir!

Mənbə-Pəncərə
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla