Xəbərlər
"Koronavirusdan deyil, aclıqdan öləcəyik" - Marneuli radiosunun dinləyicisinin səsli fikri
Ciddi karantin rejimimiz davam edir. Vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqindəyəm, tək bu günümü deyil, bundan sonrasını da düşünməyə çalışıram. Lakin irəlini görməkdə bir balaca çətinlik çəkirəm. Ailədə hər birimiz aylıq maaşa işləyirik. Bəli, ən azından bu ayın maaşlarını aldıq və bəlkə bu bir müddət bizim vəziyyətimizi və ərzaq ehtiyacımızı ödəməyə yardım edəcək. Valideynlərim mənim kimi işlərini evdən görə bilmədiklərinə görə distant iş rejimi onlara aid deyil. Beləliklə, gələn aydan tək maaş alan mən olacağam. Birtəhər idarə etməyə çalışacağıq, bəlkə çətin olacaq, amma bacaracağımıza inanıram.

Mənə daha çox aylıq maaşa deyil, gündəliyə işləyənlərin həyatı, onların indiki yaşam tərzi maraqlıdır. Aydındır, Marneuli meriyası və eləcə də yardımsevər insanlar tərəfindən sosial vəziyyəti aşağı olan ailələr ərzaqla təmin olundular. Bu ərzaq onların ümumilikdə 2 həftəlik ehtiyacını qarşılayacaq, bəs sonra? #Evdəqalfikri ilə razılaşıram, bəli, biz evdə qalıb özümüzü, ailəmizi, ətrafımızdakı insanları qorumalıyıq. Lakin bu insanların gündəlik xərcləri var, aylıq xərcləri var. Qonşumuzun 3 uşağı var və gündəlik 10-15 lariyə işləyirdi. Sərhəd bağlandı və onun işinə də son qoyuldu.

Maraqlıdır, bu insan kommunal xərclərini necə ödəyəcək? Düşünürəm, bu problemlərə də lazımi diqqət göstərilməlidir. Əgər evdə otururuqsa, bəs bizim kommunal xərcləri kim ödəyəcək və nə ilə ödəyəcəyik? Bu gün mən 400 lari maaş alıramsa və mənim qaza olan borcum 120, işığa olan borcum 135 laridirsə və üstəlik bu pula ərzaq da alaraq bir ayımı idarə etməli olsam, mən nə etməliyəm? Bu maaşla nə etmək olar ki... Kommunal xərclərin yarıya endirilməsi təklifi məncə yaxşı olardı, ən azından maaşımızı böləndə kommunal xərcləri düşünməz, ərzağı nə ilə alacağımızı düşünərdik.

Nəzərə alaq ki, bu fürsətdən faydalanan insanlar da az deyil. 20 tetri olan tibbi maskanın qiyməti artdı və hətta indi maska tapmaq mümkün deyil, eləcə də hal-hazırda ərzaqların qiymətinə yaxın düşmək olmur. Kartof, soğan, qənd, düyü, makaron, hətta bəzi kəndlərdə çörəyin belə qiymətində artımın olduğunu desək yanılmarıq. Belə düşünürəm ki, bir az da keçsə, hər birimizin sosial vəziyyəti olduqca ağır olacaq. Ümid edirəm, tez bir zamanda hər şey yaxşı olar. Evdə qalmağımıza dəyər, virus bitər və aclıqdan ölmərik.

Müəllif: "Marneuli" radiosunun dinləyicisi


FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla