Xəbərlər
Komendant saatı zamanı dünyaya gələn uşaqlar – Aynurə Əliyevanın səsli fikri
Karantində anadan olan uşaqlar – “Marneuli” radiosunun jurnalisti və redaktoru Aynurə Əliyeva komendant saatında ikinci dəfə ana oldu.

Ənənəvi olaraq doğum evinin ətrafında təntənəli olaraq kiçik bir şəkil çəkdirmək ağıllarına belə gəlməyib.  Təhlükəsizliyi qorumaq üçün onlara doğum evini  daha tez tərk etməyi tapşırıblar.
Aynurə Əliyeva bloqunu “Pəncərə” platforması üçün yazıb və orada doğum evində keçirdiyi günləri təsvir edib.
"112-yə zəng vurdum və elə gəldim ki, yolda cərimələməsinlər. Saat 11 idi. Qaydaları pozmuş olacaqdım"- üçüncü çarpayıdan ikinci oğlunu dünyaya gətirən qadın deyir.

"Hə, yaxşı edibsən. Komendant saatıdır, nə bilirsən nə baş verəcək", - digər yeni doğulmuş oğlanın anası deyir.
Xəstəxana yeni analar və yeni doğulmuş körpələrlə doludur.

Mənə ikinci balınc verə bilərsiniz? - Qoridən gələn və 13 ildən sonra İohaneni dünyaya gətirən qadın tibv bacısına səslənir.
Yalnız bir boş çarpayımız qalıb, başqa yeni adam gəlsə balıncı geri aparacam.

Bütün gecəni körpələrin səsi eşidilir. Bəzisi ağlayır,bəzisi acıb. Analar dəhlizdə dolaşır. Virusa görə atalara məhdudiyyət qoyulub. Onlar övladlarını yalnız evə aparan zaman görə bilərlər. Ona qədər isə bütün analar telefonla körpələrini distnat şəkildə atası və yaxınları ilə tanış etməyə çalışırlar.

Bayırda qaranlıq və sükutdur. Sanki bu qədər şəhərdə heç kim yaşamır. Dünyada, eləcə də ölkədə necə də gərgin vəziyyətdir. Otaqda televizor da var.

- Televizoru qurun baxaq viruda yoluxma halı artıbmı.

- Yox, yox xahiş edirəm qurma. Pis xatirlərə dalıram və bu mövzuda xəbərləri dinləməkdən artıq yoruldum - analar arasında söhbət gedir.
Xəstəxanada lə isti mümasibət heyət çalışır ki, çalışırlar öz kiçik zarafatları ilə başqalarının əhvalını da yüksəltsinlər.

Tibb bacısı içəri daxil olur. Yeni doğulmuş körpələrin dinləməsini yoxlamalıdır.

Əla, hamı necə də yaxşı eşidir. Heç bir problem yoxdur . Yəqin uşaqlar mövcud olan vəziyyətdən və karantin dövründə dünyaya gəlməklərindın danışırlarmış, ona görə hamısı yaxşı eşidir - tibb bacısı hamımızı, karantin analarını güldürür.

Son zaman ərzində nə çox adam dünyasını dəyişib. Buna baxmayaraq nə qədər yeni insan doğulur. Bu reallığı heç bir virus dəyişdirə bilməz. Bu körpələrin isə hər birinin isə öz hekayəsi olacaq. Yəüin böyüyəndə analarından dinlədikləri hekayəni başqalarına danışacaqlar. Necə də çətin, riskli dövrdə, yollarda qurulan yoxlayış məntəqələrini və sükuta qərq olmuş küçələri keçərək karantin övladları dünyaya gəlib.

Otaqdan evə elə göndərirlər ki, başqaları ilə vidalaşa da bilmirsən. Qəbul otağında geyimini dəyişirsən, körpəni verirlər və gedirsən.

"Qarantin elan olunan gün növbətçi idim. Uzaqdan piyada gəlməli oldum. Həmin gündən yaxşı yeriyə bilmirəm. Məsuliyyətli olmaq da belədir", - yaşlı qadın deyir və yeni çarpayını yeni körpənin gəlişi üçün hazırlayır"...

 

Foto internetdən götrülüb
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla