Statistika Xidmətinin məlumatına görə 2019-cu ilin birinci rübündə orta maaş 1092 lari təşkil edib
Gürcüstanın Milli Statistika Xidməti maaşların 2019-cu ilin birinci rübünə olan göstəricilərini yayımlayıb. Statistika Xidmətinin bəyanatına görə 2019-cu ilin birinci rübündə Gürcüstanda orta aylıq maaş keçən ilin müvafiq dövrü ilə müqayisədə 33.5 lari artıb və 1092.7 lari təşkil edib.

Statistika Xidmətinin məlumatına görə iş növlərinə əsasən müqayisədə yüksək maaş maliyyə və sığorta sahələrində qeydə alınıb – 1894.3 lari (illik artım – 17.8 faiz); Peşə, elmi və texniki sahədə - 1799.0 lari (illik artım 3.2 faiz); İnformasiya və Kommunikasiya sahəsində 1751.8 (illik artım 3.9 faiz).

Statistikaya görə qadınların orta maaşı yenə də kişilərdən aşağıdır. Konkret olaraq Statistika Xidmətinin bəyanatına görə 2019-cu ilin birinci rübündə qadınların orta maaşı 876.1 lari, kişilərin isə 1294.1 lari artması müəyyən edilib və illik maaş artımı 58.0 və 22.4 lari təşkil edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər