Xəbərlər
Marneulidə “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə tədbir keçirildi (FOTO)
21 fevral tarixində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə GAİM-in İcraçı direktoru Aygül İsayeva açaraq “Beynəlxalq Ana Dili Günü”nün hər kəsə, xüsusən də milli azlıqlara öz ana dilini sevmək, qorumaq, inkişaf etdirmək hüquqlarının olmasını xatırlatdı və onun əhəmiyyəti haqda danışdı.

“Ana dili milli-mədəni sərvətimiz, milli varlığımız, milli kimliyimiz, milli qürurumuzdur. Ana dilimizi qorumaq hər birimizin müqəddəs borcudur və keşiyində durmaqdır”, - Aygül İsayeva dedi.

Tədbirdə iştirak edən ziyalılar və müəllimlər Azərbaycan dilinin çox zəngin və ahəngdar dil olmasını, tarixi kökləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

Daha sonra GAİM-də təhsil alan gənclər görkəmli Azərbaycan şair və yazıçılarının əsərlərindən parçalar ifa etdilər. Tədbirdə muğam ustası Asim Məmmədovun şagirdləri, o cümlədən Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ustası Şəbnəm Asif qızı muğam və xalq mahnılarını da səsləndirdilər.

Tədbirdə şagirdlər, müəllimlər, ziyalılar, dəvət olunmuş qonaqlar və maraqlanan şəxslər iştirak etdilər.

Xatırladaq ki, 1999-cu ildə UNESCO tərəfindən fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü qəbul edilib.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google