“Polis etnik azlıqları təhqir edən şəxsə qarşı istintaqa başlayıb” – Azad Kərimov
Marneuli Bələdiyyə Məclisinin deputatı Azad Kərimov “Marneuli” radiosuna sosial şəbəkələrdə etnik azlıqları təhqir edən şəxslərin Marneulili gənclər tərəfindən Gürcüstanın Baş Prokurorluğuna şikayət edildiyini demişdi.

Azad Kərimov bildirdi ki, ötən gün saat 6 radələrində onu polis məntəqəsinə çağırıblar. Onun sözlərinə görə, məsələ ilə bağlı istintaq başlayıb və prokurorluğa şikayət etdiyi üçün dindiriblər. Kərimov deyir ki, istintaq zamanı bildirib ki, etnik azlıqların vətəni Gürcüstandır və onların ikinci bir vətəni yoxdur.

“Mən inanıram ki, polislər də bu işə görə narahatdır.”, – Azad Kərimov dedi.

Kərimov deyir ki, indi açıq-aydın görünür ki, polis məsələyə ciddi yanaşır və nəzarət edir. O, etnik azlıqların həmin şəxs tərəfindən təhqir edildiyi sübut olunarsa, həmin insana qarşı tez bir zamanda polis tərəfindən lazımi tədbirlər görüləcəyinə inandığını dedi.

https://www.facebook.com/azad.kerimov.9843/posts/1608516025991216

Print Email
FaceBook Twitter Google