Bu haqda Milli Bank məlumat yayıb:
“Bir həftə əvvəl Milli Bankın əməkdaşlarından birində koronavirus
əlamətləri aşkarlanıb. Əlamətlər aşkarlanan kimi müvafiq xidmətlərə
məlumat verilib. Milli Bank konkret əməkdaşın və onunla təmasda
olan əməkdaşların təcrid rejiminə keçməsini təmin edib. İş yerində
isə dezinfeksiya işləri aparılıb.
Aparılan araşdırma nəticəsində virus təcrid rejimində olan 7
əməkdaşda aşkarlanıb. Hazırda onlar müvafiq olaraq stasionar
nəzarət altındadırlar. Müalicə proseduraları keçirlər və
vəziyyətləri qənaətbəxşdir.
Hazırda bütün mümkün təmasların müəyyənləşdirilməsi məqsədi ilə
geniş epidemioloji araşdırma aparılır. Virus təsdiqlənən şəxslər
eyni şöbənin əməkdaşlarıdır və onlar tam distant şəkildə olublar.
Son iki həftə ərzində bankın digər əməkdaşları ilə təmasları
olmayıb.
Baxmayaraq ki, Milli Bankın əməkdaşlarının 90% distant rejimdə
çalışır, Milli Bankın bütün binalarında yenə də davamlı
dezinfeksiya və təmizləmə işləri aparılır. Ölkə üçün belə çətin
dövrdə maliyyə sektorunun çalışması üçün başqa peşə sahibləri kimi
Milli Bankın əməkdaşları da öz öhdəliklərini ekstremal şərtlər
altında həyata keçirməli olurlar.
Milli Bank ölkədə kritik xidmətlərin maneəsiz çatdırılmasına davam
edir. Əvvəldən də bildirdiyimiz kimi 16 mart tarixindən Milli Bank
lari əsginasları və metal pullarla bağlı karantin tədbirləri həyata
keçirir.
Konkret olaraq dövriyyədən qayıdan pul kassa mərkəzinə
yerləşdirilir, xüsusi olaraq ayrılmış yerdə minimum 14 gün ərzində
ayrı saxlanır və bu dövr keçdikdən sonra onlardan istifadə olunur.
Sizə sağlamlıq və sakitlik arzulayırıq. Birgə hərəkət etməklə,
peşəkarların tövsiyələrini nəzərə almaqla biz tezliklə virusu
məğlub edəcəyik və adi rejimdə işimizə davam edəcəyik. #Evdəqal”
– Bankın bəyanatında deyilir.