Son 24 saat ərzində fövqəladə vəziyyət rejimini pozduğuna görə 115 nəfər cərimələnib – Daxili İşlər Nazirliyi
Ölkə miqyasında son 24 saat ərzində fövqəladə vəziyyət və komendant saatı qaydalarının pozulması ilə bağlı 115 yeni fakt aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, polis 8 aprel axşam saat 9-dan 9 aprel səhər saat 6-dək komendant saatı qaydalarının pozulmasına görə 73 vətəndaş cərimələnib.

Yayımlanmış məlumata görə, ictimai yerdə 3 nəfərdən çox insanın toplaşması ilə bağlı məhdudiyyətə və 2 metrlik sosial məsafəyə riayət etmədiyi üçün ümumilikdə 15 vətəndaş cərimələnib.

Daha 27 nəfər isə sərnişin daşıma və avtomobillə hərəkət qaydalarını pozduğuna görə cərimələnib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə səbəb olur ki, buna görə də fiziki şəxslər 3 000, hüquqi şəxslər isə 15 000 lari həcmində cərimə olunurlar.

Mənbə: On
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər