Tbilisidə kənd təsərrüfatı məhsullarının satılacağı topdan satış nöqtələri
Bölgələrdən gətirilən kənd təsərrüfatı məhsulları Tbilisidə üç yerə satılacaq. Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsulları və Kəndlərin İnkişafı Departamentinin rəhbəri Tenqiz Kalandadzenin “Business Press News”-a verdiyi məlumata görə, topdan satış nöqtələri Qldani, Didube və Orxevidə olacaq.

Onun sözlərinə görə, bölgələrdən məhsulu bütün tələblərə uyğun infrastrukturu olan "Jibe" şirkəti gətirəcək.

Məlumat üçün qeyd edək ki, ekologiya və kənd təsərrüfatı naziri Levan Davitaşvilinin bir neçə gün əvvəl bildirdiyinə görə, fermerlərə tez xarab olan məhsullarını topdansatış imkanı yaradılacaq. Onun sözlərinə görə, "Jibe" MMC-nin bazasında xüsusi platforma yaradılıb.

"Tbilisidə – Qldani, Tsereteli prospekti və Orxevidə kənd təsərrüfatı məhsullarının yerləşdiriləcəyi üç topdansatış məntəqəsi açılacaqdır. “Jibe” MMC bütün tələblərə tam cavab verən infrastruktura malikdir. Şirkət nümayəndələri bölgələrə öz avtomobilləri ilə gedəcək və məhsulu yerində birbaşa fermerlərdən alacaqlar. Ödəniş də yerindəcə olacaq", – Tenqiz Kalandadze deyib.

Onun sözlərinə görə, fermerlərlə “Jibe” MMC arasında vasitəçiliyi nazirlik və regional qərargahlar yerinə yetirəcək ki, fermerlərin səfərbərliyi və məhsulun alınması bütün tövsiyələrə riayət olunaraq baş tutsun.

"Biz fermerlər və “Jibe” MMC arasında vasitəçi olacağıq. Xüsusilə, nazirlik və quberniyada mövcud olan regional qərargahın təşkilatçılığı ilə bələdiyyə səviyyəsində fermerlərə məhsulun harada, nə vaxt və necə təhvil veriləcəyi barədə məlumat veriləcəkdir. Bu ona görə edilir ki, şirkət qapı-qapı gəzməsin və fermerlərin səfərbərliyi mütəşəkkil bir şəkildə baş tutsun.

Söhbət hələlik üç bölgədən – Marneuli, Kaxeti və Mtsxeta-Mtianetidən gedir. Sonra məhsulların alınması və gətirilməsi bütün Gürcüstan miqyasında olacaq",
– Tenqiz Kalandadze.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər