"Sakinlər öz məhsulunu şəxsi avtomobilləri ilə Marneuli
və kəndlərdə yerləşən mağazalara sata bilərlər. Onların
avtomobillərinin hərəkətinə heç bir məhdudiyyət
qoyulmayacaq",
- Zaur Darğallı Ağməmmədli kəndində əhali ilə görüşü zamanı
bildirdi. Onun sözlərinə görə, maşınların bələdiyyə ərazisində
sərbəst hərəkət etməsi üçün polislə artıq razıllığa gəlinib.
"Heç bir məhdudiyyət olmadan və müraciət etmədən kənd
sakinləri Ford və kiçik maşınları ilə kənd təsərüffatı məhsullarını
bələdiyyə daxilində sata bilərlər. Biz digər şəhər və rayonlardan
yardım alırıq ki, əlavə alıcılar gəlsin, məhsulları aparsın.
Əhalinin öz əlaqələri vasitəsi ilə də məhsulları çıxarması təmin
ediləcək", - Zaur Darğallı dedi.
Zaur Darğallı onu da əlavə etdi ki, vətəndaşların hər hansı bir
ərazidə avtomobillini saxlayaraq ticarətlə məşğul olması qadağan
edilir.