Mixeil Çxenkeli məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Çxenkeli məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb və yeni təcrübələri, inkişafın yeni perspektivləri və məsuliyyəti ilə seçilən bu yeni nəslin xüsusi bir gələcək yaradacağına ümid etdiyini bildirib.



“Mənim gənc dostlarım, həyatınızın ən əhəmiyyətli hadisələrindən biri olan məktəbi qurtarmağınız münasibətilə sizi təbrik edirəm. Yəqin ki, dəfələrlə fikirləşmizdiniz ki, “Son zənginiz” necə olacaqdı, məktəbi necə tərk edəcəkdiniz və həyatın növbəti, yeni və maraqlı mərhələsinə doğru addımlarınızı necə atacaqdınız. Amma indiyə qədər görünməmiş bir çağırışın qarşısındayıq və bu çağırış sizi məktəbdən, müəllimlərdən və sevimli dostlarınızdan uzaq saldı. Bütün bunlara baxmayaraq, siz bu çağırışla mübarizə apardınız və öhdəsindən gəldiniz. Distant təhsil almaq yolu ilə bu çağırışdan qalib çıxdınız. Bu şəraitdə bizim qarşımızda duran ən böyük vəzifə, ən böyük tapşırıq tədris prosesinin arasıkəsilməz davam etdirilməsi idi. Yəqin ki, bu gün bu tapşırığın əhəmiyyəti aydın oldu. Qarşımızda duran istənilən çətinliyi elmlə, biliklə dəf edə bilərik. Siz öz biliyinizi dərinləşdirmək, çağırışlara qarşı hazır olmaq, novator yanaşmalarla özünüzün, ölkəmizin və insanlığın taleyini idarə etməyi bacarmalısınız. Siz seçilən bir nəsilsiniz və əminəm ki, elə bu cür də seçilən, xüsusi bir gələcək yaradacaqsınız! Bu maraqlı yolda sizə uğurlar arzulayıram!”,
- deyə nazir məzunlara müraciət edib.

Xatırladaq ki, bu gün, mayın 20-də 12-ci sinif şagirdləri üçün tədris başa çatdı. Amma onların abituriyent kimi maraqları nəzərə alınacaq və “Teleməktəb” çərçivəsində onlar üçün nəzərdə tutulmuş xüsusi dərslər iyunun 15-dək davam etdiriləcək.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər