Şirkətlərin Covid-19 tənzimləmələri ilə bağlı yoxlamalara bu həftə başlanacaq
Şirkətlərin Covid-19-la bağlı tövsiyələrə əməl edib-etməməsi monitorinqinə bu həftə başlanacaq.

Bu barədə Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyinin rəhbəri Beka Peradze "Business Press News" ilə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə elan edilmiş fövqəladə vəziyyət zamanı ümumilikdə 5 622 şirkət yoxlanılıb, onlardan 3 573-ü iqtisadi fəaliyyətlərinin davam etdirilməsinə icazə veriləcək bütün tələblərə cavab verib. 2 289 şirkətə isə tövsiyələr verilib.

"Ümumilikdə 5 862 şirkət yoxlanılıb, onlardan 3 573-ü tövsiyələrə tam əməl edib, 2 289 obyekt tələblərə cavab verməyib. İşləməyən şirkətlərdən danışırıq, amma getdik, yoxladıq və tövsiyələr verdik. Müvafiq olaraq, şirkətin hazır olduğunu təsdiqləyirdik. Daha dəqiq desək, iş prosesi bərpa edildikdə, işə davam etməyin nə qədər təhlükəsiz olacağını təftiş edirdik.

Covid-19-la bağlı qaydalara gəldikdə, gündəlik rejimdə, planlaşdırılmış yoxlamalar artıq bu həftədən başlayacaq.

Bilirsiniz ki, şirkətlərə artıq iqtisadi fəaliyyətlərini davam etdirmək hüququ verilib. Nəticə etibarilə iş prosesində onların bu tövsiyələrə nə dərəcədə əməl etdiklərini artıq gördük. Yoxlama bütün Gürcüstan miqyasında aparılacaq.

Yoxlama prosesində əmək müfəttişliyi ilə yanaşı, Gəlirlər Xidməti, Ətraf Mühitin Nəzarəti Departamenti və müxtəlif qurumlar da iştirak edirdi",
- deyə Beka Peradze bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər