Aprel ayında fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz dərəcələri artıb
Gürcüstanda kreditlər üzrə faiz dərəcəsi artıb.

Milli Bankın saytında dərc olunan statistikaya görə, 2020-ci ilin aprel ayında ümumi kreditlər üzrə illik bazar faiz dərəcəsi 12,4% təşkil edib ki, bu da mart ayına nisbətən 0,3% çoxdur.

Eyni rəqəmlərə görə, fiziki şəxs üçün verilən kredit faiz dərəcəsi milli valyutada verilmiş kreditlərə daha çox təsir edib. Xüsusilə, aprel ayında fiziki şəxslərə verilən kreditlər üzrə bazar faiz dərəcəsi 21,9% təşkil edib ki, bu da mart ayına nisbətən 1,8%, 2019-cu ilin apreli ilə müqayisədə isə 4.5% çoxdur.

Fiziki şəxslərə xarici valyuta ilə verilmiş kreditlərin də faiz dərəcələri artıb – 2020-ci ilin mart ayında 4.8%-ə, aprel ayında isə 6.1% -ə yüksəlib.

Hüquqi şəxslərə verilən kreditlərə gəlincə, burada da artım müşahidə olunur, lakin ənənəvi olaraq minimum səviyyədədir. Xüsusilə, lari ilə verilən kreditlər 11,8% -dən 12,1%-ə yüksəlib, xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcələri isə dəyişməyib və 6.9% olaraq qalıb.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər