Gürcüstan vətəndaşlarının 2020-ci ilin 1-ci rübündə səyahət etdiyi ölkələr
Statistika Xidməti 2020-ci ilin 1-ci rübünə olan turizmlə bağlı statistikanı elan edib. Məlumatlara əsasən rezident səyahətçilər (səyahətçi Gürcüstanın 15 yaş yaxud daha yuxarı olan səyahətçiləridir) tərəfindən xaricə həyata keçirilən səfərlərin sayı 452,5 min nəfər təşkil edib. Bu isə 2019-cu ilin analoji göstəriciləri ilə müqayisədə 6,7% azdır.

Səfərlərin əksəriyyəti Türkiyə və Azərbaycana, müvafiq olaraq 176,7 min və 104,8 min vizit həyata keçirilib. Daha sonra Avropa İttifaqı ölkələri gəlir. Onların payına ümumilikdə 15,2% düşür. Beşliyə 11%-lə Ermənistan, 6,3% Rusiya düşüb.

2020-ci ilin 1-ci rübündə həyata keçirilmiş səfərlər zamanı xərclər 332,8 milyon lariyə bərabərdir. Yəni ötən illə müqayisədə 7,4% azdır. Səfərlərdə orta xərc 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 0,7% azalıb və 735,6 lari təşkil edib.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər