Tikaradze: indiki mərhələdə Gürcüstan miqyasında infeksiyanın artmasını gözləmirik
Səhiyyə naziri Ekaterine Tikaradzenin bəyanatına görə, indiki mərhələdə Gürcüstanda koronavirus hallarının artmasını gözləmirlər. Onun sözlərinə görə, real vaxtda infeksiyanın yayılma göstəricisi 0,59-dur.

“Bizim hələ ki, bir neçə kəskin nöqtəmiz var. Orada infeksiya ötürülür və bizim epidemioloqlar tərəfindən həmin regionlar davamlı olaraq araşdırılır. Ancaq bizim tərəfimizdən həmin ərazilər tam nəzarətə götürüldüyü üçün ölkə miqyasında infeksiyanın yayılması gözləntisi və riski minimumdur”, – nazir “Rustavi 2”-nin efirində bildirib.

Gürcüstanda 731 nəfər koronavirusa yoluxub. Onlardan 526 nəfər artıq sağalıb. Xaricdən Gürcüstana müalicə üçün 3 vətəndaş gətirilib. 12 nəfər dünyasını dəyişib. İndiki mərhələdə karantində 3 076 nəfər var. 300 nəfər isə stasionar müşahidə altındadır.

Mənbə: On
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər