İctimai nəqliyyatın fəaliyyətinin ən qısa zamanda bərpa edilməsi üçün hər şey edilməlidir – baş nazir
Baş nazir Qiorqi Qaxarianın bildirdiyinə görə, ictimai nəqliyyatın fəaliyyətinin təhlükəsiz şəkildə və ən qısa zamanda bərpa edilməsi üçün lazım olan hər bir addım atılmalıdır.

Hökumətin mətbuat xidmətindən “bm.ge”-yə verilən məlumata görə, Gürcüstanın baş nazirinin rəhbərliyi ilə Qurumlararası Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Şura üzvləri fövqəladə vəziyyət başa çatdıqdan sonra hökumətin qərarı ilə saxlanılan bir sıra məhdudiyyətlər və epidemioloji vəziyyətə müvafiq şəkildə onların mərhələli şəkildə ləğv edilməsi imkanlarınını müzakirə ediblər.

“Hökumət mövcud məhdudiyyətlərlə, xüsusilə də ictimai nəqliyyatın dayandırılması ilə əhali üçün yaranan problemləri dərk edir və bir daha bildirir ki, haqqında danışılan addımlar vətəndaşların sağlamlı üçün yarana biləcək təhlükələrdən maksimal şəkildə qaçmaq və koronavirusla mübarizə istiqamətində əldə olunan müsbət nəticələrin qorunub saxlanmasına xidmət edir.”

Bununla yanaşı, baş nazir qeyd edib ki, ictimai nəqliyyatın fəaliyyətinin qısa zamanda və təhlükəsiz şəkildə bərpa edilməsi üçün lazım olan bütün addımlar atılmalıdır.

“Bu mərhələdə Bolnisinin iki kəndində – Muşevani və Qetada və Tetritskaro bələdiyyəsində sərt karantin rejimi hökm sürür. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin verdiyi məlumata görə, tibbi heyət kəndlərdə əlavə tibbi tədbirlərin görülməsi işinə – əhalinin testdən keçirilməsinə davam edir. Həmin yerlərdə karantin məhdudiyyətlərinin həyata keçirilməsi prosesinə hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət edirlər”, – deyə relizdə bildirilib.

Ölə miqyasında epidemioloji vəziyyətlə olan bağlı son məlumat isə belədir:

•KORONAVİRUS TƏSDİQLƏNİB - 731
•O CÜMLƏDƏN SAĞALIB - 526
•ÖLƏNLƏRİN SAYI - 12
•KARANTİN REJİMİNDƏ - 3076
•STASİONAR NƏZARƏT ALTINDA - 300
•*XARİCDƏN MÜALİCƏ ÜÇÜN GƏTİRİLƏN GÜRCÜSTAN VƏTƏNDAŞLARI - 3

Mənbə: BM
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər