Sentyabrda da “kovid”-lə yaşamağa hazırlaşmalıyıq – Tikaradze təhsil haqqında danışdı

Səhiyyə naziri Ekaterine Tikaradzenin dediyinə görə, Təhsil və Səhiyyə nazirlikləri sentyabr ayında da təhsili təxirə salmağı planlaşdırmırlar.



Ancaq ehtiyac yaranacağı halda, yaranacaq ehtiyaclara görə, artıq hazırlıqlar görülür.

"Mövcud epidemioloji vəziyyəti nəzərə alsaq, tədris prosesinin təxirə salınaraq başlaya biləcəyini düşünmürük, amma digər ölkələr kimi, indi də, sentyabrda da “kovid”-lə birlikdə yaşamağa hazırlaşırıq. Uşaqlarımızı təhsillərini problemsiz davam etdirmələri üçün bu prosesə hazırlamalıyıq", – Tikaradze deyib.

Milli imtahanlara gəldikdə, Tikaradze Səhiyyə Nazirliyinin Təhsil Nazirliyi ilə sıx iş apardığını bildirdi – "Onlar bizim tövsiyələrimizi nəzərə alırlar və inanırıq ki, imtahanlar iştirak etmək niyyətində olan bütün abituriyentlər üçün tamamilə təhlükəsiz olacaq."
______________________________________
Bu il Gürcüstanda milli imtahanlar həmişəki kimi iyulun ortalarında başlayacaq.
Eyni zamanda, 12-ci sinif şagirdləri mayın 20-də, birinci sinif şagirdləri mayın 27-də dərsləri tamamlayıb, qalan şagirdlər isə 15 iyun tarixində məktəbdə dərslərini başa çatdıracaqlar.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər