სიახლე
Baş nazir – siyahıda kimin birinci olacağının əhəmiyyəti yoxdur, əsas odur ki, müxalifət, hökumət, mülki cəmiyyət – hamımız birgə nümunəvi seçkilər keçirək
Siyahıda kimin birinci olmasının və hansı partiyanın çox səs toplayacağının əhəmiyyəti yoxdur, bu da ikinci dərəcəli ola bilər, əsas odur ki, müxalifət, hökumət, mülki cəmiyyət, hamımız birgə nümunəvi seçkilər keçirək. Bu barədə Baş nazir Qiorqi Qaxaria jurnalistlərə bildirib.

Onun sözlərinə görə, komandanın problemlər fonunda siyahının başında kimin olacağı ilə bağlı müzakirə aparmağa vaxtı yoxdur.

“Bir neçə dəfə dedim və bir daha təkrar edirəm. Mən sonuncu nömrə olacağam, hansı nömrə olmağımın heç bir əhəmiyyəti yoxdur. Bunu səmimi deyirəm, mənim, hökumətin əsas məqsədi ilk növbədə pandemiyadır. İkinci məqsəd daha vacibdir – bizim iqtisadi dirçəlişimiz. Bizim epidemioloji böhranımız iqtisadi böhrana çevrildi və bizim məqsədimiz hər bir gürcü ailəsinə, bizim hər hansı vətəndaşımıza dəyən zərərin minimuma endirilməsidir. Üçüncü məqsəd isə pandemiya və iqtisadi böhran dövründə seçkilərin sakit və demokratik şəkildə keçirilməsidir.

Necə düşünürsünüz? Bu üç böyük problemin, müharibənin ortasında mənim, yaxud hansısa hökumət üzvünün siyahıda birinci, yaxud sonuncu olacağını müzakirə etmək üçün vaxtı yoxdur və bu bizim üçün əhəmiyyət daşımır. Mən əvvəldən də deyirdim ki, iki cəbhədə mübarizə aparırıq. Hesab edin ki, indi üçüncü cəbhədə mübarizə aparılır. Siyahıda kimin birinci olmasının və hansı partiyanın çox səs toplayacağının əhəmiyyəti yoxdur, bu da ikinci dərəcəli ola bilər, əsas odur ki, müxalifət, hökumət, mülki cəmiyyət, hamımız birgə nümunəvi seçkilər keçirək. Bu bəzi siyasətçilərin yaratdığı və birdəfəlik nöqtə qoyulacaq çox fərziyyənin açarıdır”,
– Qaxaria bildirib.

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla