Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Marneuli və
Hucabinin yepiskopu Qiorqi (Camdeliani) ittihamına münasibət
bildirib.
Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, əgər onun qanunu pozması ilə bağlı Qiorqidə
təəssürat yaranırsa məhkəməyə müraciət edə bilər.
“Baxmayaraq ki, yepiskopa qarşı münasibətim yaxşıdır və
hörmət edirəm, əgər mənim qanunu pozmağımla bağlı təəssüratı varsa
bunun üçün məhkəmə var və qanunu pozuramsa buna görə məndən cavab
verməyimi tələb edəcəklər. Buna hazıram. Əgər haradasa məlum olsa
ki, Bələdiyyə sədri qanunu pozur məsuliyyət daşımağa
hazıram”, – Amiran Qiorqadze bildirdi.
Marneuli və Hucabinin yepiskopu 12 iyul tarixində həftə ayini
zamanı Bələdiyyə Məclisi sədrini qanun pozmaqda ittiham edib.
Yepiskopun bildirdiyinə görə Nəriman Nərimanovun abidəsi məsələsi
ilə bağlı təşəbbüs qrupu yaradılıb və qrup Bələdiyyə Məclisində
Nərimanovun abidəsi məsələsini müzakirə etmək üçün müraciət edib,
bələdiyyə sədri Amiran Qiorqadze isə məsələni müzakirə etməkdən
imtina
edib.
“Birbaşa desək, Bələdiyyə Məclisinin sədri bu məsələni gündəliyə
çıxarmaqdan imtina edir. Bununla da mer kimi o, da qanunu pozur.
Faktiki olaraq bizə başqa yol qoymurlar ki, Konstitusiya ilə
verilən hüquqdan istifadə edək. Amma bu mübarizəni mütləq sona
çatdıracağıq, bunu hamı bilsin. Məni heç nə dayandıra
bilməz”, – Yepiskop Qiorqi dedi.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, Bələdiyyə Məclisi məktub
daxil olduqdan sonra məsələni dərindən araşdırmalıdır.
“Müvafiq qurumlar var ki, bizə cavab göndərirlər. Həmin
cavablar əsasında müvafiq komissiya məsələni müzakirə edəcək, qərar
qəbul edəcək ki, məsələ iclasa çıxarılsın və.s. Qanun bizə vaxtla
bağlı məhdudiyyət qoymur, ona görə heç kim bizi qanun pozmaqda
ittiham edə bilməz. Əgər kiminsə belə fikri varsa bunun üçün
məhkəmə var”, – Amiran Qiorqadze dedi.
Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24
may tarixində yepiskop Qiorqinin (Camdeliani) həftəlik ayin zamanı
verdiyi bəyanatdan sonra başladı. O zaman Marneuli və Hucabinin
yepiskopu Nərimanovun abidəsinin bərpasına görə Marneuli meri Zaur
Darğallını qanunu pozmaqda ittiham etmişdi.
Marneuli və Hucabinin yepiskopu həmçinin, bildirmişdi ki,
Nərimanovun abidəsinin bərpası işləri üçün vəsait Marneuli
bələdiyyəsinin büdcəsindən xərclənməyib və Marneuli meri abidəni öz
vəsaiti ilə təmir etdirib. Marneuli meriyasından Nərimanovun
heykəlinin bərpasına pulun haradan ayrıldığı ilə bağlı “Marneuli”
radiosunun rəsmi məktubuna hələ də cavab gəlməyib.
Marneulidə abidələrə qulluq göstərmək bələdiyyənin təmizlik
xidmətinin öhdəliyindədir. “Təmiz Marneulinin” direktoru Leri
Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Nərimanovun heykəlinin bərpasına 7000 lari xərclənib. Onun
sözlərinə görə, şirkət abidələrə qulluq üçün büdcə ayırıb və
Nərimanovun abidəsinin bərpası da merin sərəncamı əsasında məhz
həmin məbləğlə həyata keçirilib.