5 avqust: koronavirusa 15 yeni yoluxma halı aşkarlandı
5 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son 24 saat ərzində koronavirusa 15 yeni yoluxma halı aşkarlanıb, daha 12 xəstə isə sağalıb.

Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə, Gürcüstanda Covid-19-a ümumilikdə 1197 yoluxma halı təsdiqlənib ki, onlardan da 974 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.

Digər məlumatlara gəlincə, hazırda 7066 nəfər karantin rejimində, 294 nəfər isə stasionarda nəzarət altındadır.

Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfərdir.


Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər