Reuters – Dünyada koronavirus səbəbindən orta hesabla hər 15 saniyədə 1 nəfər ölür

Son 2 həftəyə olan məlumatlara görə, dünyada koronavirus səbəbindən hər 24 saatda orta hesabla 5900 adamı ölür ki, bu da hər saatda 247 ölüm və ya hər 15 saniyədə 1 ölüm deməkdir. “Reuters” bunu öz hesablamalarına istinadən yayımlayıb.



Agentliyin məlumatına görə, dünyada "Covid 19" səbəbindən ölənlərin sayı 700 000-i keçib.

ABŞ koronavirus səbəbindən ölüm hallarının sayına görə dünyada birinci yerdədir, ardınca Braziliya, Hindistan və Meksika gəlir.

“Reuters” yazır ki, ABŞ və Latın Amerikası ölkələri virusun yeni episentrlərinə çevrilib. Son zamanlarda yoluxanların sayının artması Avstraliya, Yaponiya, Honq Konq, Boliviya, Sudan, Efiopiya, Bolqarıstan, Belçika, Özbəkistan və İsraildə də qeydə alınıb.

"Bu, koronavirusla mübarizənin bitməsinin hələ uzaq olduğunu göstərir",
– deyə “Reuters” xəbər verir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər