Amiran Qamkrelidze – uşaqların məktəblərdə, sinif otaqlarında necə oturması barədə standart hazırlanmaqdadır
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, ənənəvi olaraq sinif otağında və auditoriyada 20 nəfər var idisə, indi belə ola bilməz və müvafiq standartlar hazırlanmaqdadır.

Koordinasiya Şurasının iclasından sonra onun jurnalistlərə bildirdiyinə görə, ölkədəki epidemioloji vəziyyətin pisləşməməsi üçün bütün qaydalar düzgün planlaşdırılmalıdır.

“Epidemioloji vəziyyətlə əlaqədar olaraq indi məktəbə başlamaq təhlükəsi yoxdur. Bu gün bizdə olan epidemioloji vəziyyət məktəblərin açılması üçün problem yaratmır. Təhsilə başlanması məktəblərdə də hərəkətliliyi artıracaq. Minlərlə uşaq və tələbə təhsil almağa başlayanda, əgər əvvəllər 20 nəfər bir otaqda otururdusa, indi ənənəvi şəkildə otura bilməyəcəklər. Bunun üzərində çalışırıq və uşaqların sinif otaqlarında, tələbələrin auditoriyalarda necə oturacağı ilə bağlı uyğun bir standart hazırlayacağıq. Əllərin məhlulla tez-tez təmizlənməsi, dəhlizlərdə fasilələr zamanı maskalardan istifadə edilməsi və bununla yanaşı nəzərə almaq lazımdır ki, azyaşlılarda maskalardan istifadə etmək tövsiyə olunmur, bu haqda da məsləhətlərimiz olacaq. Bu standartlar həm məktəblər, həm də ali məktəblər üçün hazırlanır. Əminəm ki, burada da hər şey müvafiq epidemiya əleyhinə tədbirlərə uyğun olacaq, həm məktəblərdə, həm də universitetlərdə birlikdə ölkədə epidemioloji vəziyyətin pisləşməsinin qarşısını ala biləcəyik. Ancaq əlbəttə ki, belə böyük hərəkətlilikdə yoluxmanın artması riski var. Buna görə də, epidemioloji vəziyyətinin pisləşməməsi üçün hər şey düzgün planlaşdırılmalıdır",
– deyə Qamkrelidze bildirib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər