Gürcüstanda 227 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 227 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı stopcov.ge-dən məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 4 140 nəfərə çatıb.

Son sutka ərzində 2 nəfər isə COVID-19-dan vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 255 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 643 nəfərin sağaldığı, 24 nəfərin isə vəfat etdiyi bildirilir.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər