Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi – İlham Əliyev
15:17 / 20.10.2020
Azərbaycan Prezidenti İlham əliyevin bildirdiyinə görə, Zəngilan
şəhəri və Zəngilan, Füzuli və Cəbrayıl rayonlarına daxil olan bir
neçə kənd işğaldan azad edildi.
İlham Əliyev xalqa televiziya vasitəsilə canlı müraciəti zamanı
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı,
Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl
rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli,
Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd,
Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen
olub), Vəng kəndləri. İlham Əliyev Vəng kəndinin adının
dəyişdirilərək Çinarlı adlandırıldığını bildirdi. Bundan başqa,
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan,
Muğanlı kəndləri və Zəngilan şəhəri azad edildiyini bildirdi.
"Zəngilan bizimdir, Qarabağ bizimdir, yaşasın
Azərbaycan, eşq olsun Azərbaycan xalqına", – deyə
İlham Əliyev vurğulayıb.