Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
“Əvvəllər imkan vermirdilər bizim gənclər ictimaiyyətə qoşulsunlar. İndiki hakimiyyətin dəstəyi ilə biz buna nail olduq” – Rövnəq Abdullayev
Bu gün, 21 oktyabr tarixində Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev İlməzli kəndində yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olaraq sakinlərlə görüş keçirib.

Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev kəndlərdə qazlaşdırma işlərinin həyata keçirilməsində Gürcüstan hökumətinin də böyük dəstəyinin olduğunu bildirdi. Onun sözlərinə görə, "SOCAR" tərəfindən həyata keçirilən işlərdə hakimiyyətin rolu və dəstəyi çoxdur.

“Bu gün biz, nəinki Socar hətta hökumət özü də qazlaşdırma işində aktiv iştirak edir. Biz çatdıra bilmədiyimiz işləri özləri görürlər və sonra bizə təqdim edirlər. Artıq hökumət özü də qoşulub və bu işi görür. Bildiyiniz kimi artıq Gürcüstanda 80 faiz qazlaşdırmadırsa, mən axşam məlumat aldım ki, təkcə Azərbaycan kəndlərində 80 faiz qazlaşdırma var. Bu hökumətin dəstəyi ilə bu gün biz nəinki qazlaşdırma, bizburada qazandığımız vəsaitdir. Əsasən sosial layihələrə yönlənirik. Bu gün Marneuli, Qardabani caamatı birləşib. Hər yerə biz dəstək oluruq, uşaq bağçaları, idman meydançaları tikirik. Ən əsası bu hökumətlə birlikdə bunu həyata keçiririk və bunu bilməlisiniz. Bu hökumətin dəstəyi olmasa biz burada belə bir iş görə bilmərik. Ən vacib şey, bu gün bizim gənclərimizin təhsil almasıdır. Bu gün Socar şirkəti ödəniş etməkdə kömək edir. Biz neçə ildir burada azərbaycanlıların təhsil alması, gürcü dilinin öyrənilməsi, ictimaiyyətə qoşulmasına çalışırıq. Bu gün biz Gürcüstan dövlətində 1500 tələbəni proqramla oxumağa yönəltmişik. Bu da sizə açıq deyim ki, hökumətin dəstəyi ilə həyata keçirilir. Neçə illərdir buna çalışırdıq, amma imkan vermirdilər. Əvvəllər imkan vermirdilər bizim uşaqlar ictimaiyyətə qoşulsunlar, burada azərbaycanlılar gürcü dilində yaxşı təhsil alsınlar, oxusunlar. Amma indi 6-7 ilə yaxındır ki, biz burada tələbələrin oxumasına yardım göstəririk. Bu öz bəhrəsini göstərir. İndiki hakimiyyətin dəstəyi ilə biz buna nail olduq. Gələcək üçün azərbaycanlı gənc siyasətçilər yetişməyə başlayır. Bu hakimiyyət bizə bu şərəfi, bu imkanı yaratdı ki, biz həm qazlaşdırmanı, həm azərbaycanlıların rahat təhsil almasını həyata keçirdik”,
– Rövnəq Abdullayev dedi.

Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd Zaur Darğallı çıxışı zamanı Rövnəq Abdullayev və Azərbaycan prezidenti İlham Əliyevə İlməzli kənd sakinləri adından təşəkkürünü bildirdi.

“Rövnəq bəy, buradan bütün əhali adından sizə və cənab İlham Əliyevə dəstəyiniz üçün təşəkkür edirəm. Bu kənddə qaz olmayıb və bu addım üçün sizə təşəkkür edirəm. Gürcüstan və Azərbaycan arasında münasibətlər çox gözəldir. Azərbaycan Gürcüstanın, Gürcüstan da Azərbaycanının yanındadır”, – Zaur Darğallı dedi.

Görüşdə iştirak edən İlməzli kənd sakini çıxışı zamanı Azərrbaycan-Ermənistan arasında gedən müharibəyə görə Azərbaycan Respublikasına dəstək olduqlarını bildirdi.

“Biz Azərbaycanın yanındayıq. İlham Əliyevə çatdırın ki, biz onun yanındayıq. Lazım olsa fiziki olaraq da yanındayıq. Sizə təşəkkür edirik ki, bizim gənclərin oxumasına imkan yaratmısınız”,– İlməzli kənd sakini dedi.



Görüşdə Marneuli və Qardabanidən majoritar deutatlığa namizəd Zaur Darğallı, Marneulinin majoritar deputatı Ruslan Hacıyev, Qardabaninin majoritar deputatı Savlan Mirzəyev, Kvemo Kartlinin qubernatoru Şota Reviaşvili iştirak ediblər.

Qeyd edək ki, Abdullayev 20 oktyabr tarixində Laqodexi rayonunun Qabal kəndində yeni tikləcək uşaq bağçasının təməl qoyma mərasimində iştirak edib.
FaceBook Twitter Google