"Gürcü Arzusu" bir ay yarımda 10 milyon laridən çox ianə alıb
Hakim partiya, "Gürcü Arzusu", 1 Sentyabr-12 Oktyabr tarixlərində 10 milyon laridən çox ianə alıb. Partiyanın bu dövrdəki gəlirinin böyük bir hissəsi məhz ianələrdir.

İanə miqdarına görə ikinci yerdə "Lelo" var - təxminən 2,5 milyon lari. Üçüncü və dördüncü yerdə "Milli Hərəkat" və "Qurucu Strategiyası", beşinci yerdə isə "Vətənpərvərlər İttifaqı" var.

Ümumilikdə, bir ay yarımda partiyalar təxminən 23 milyon lari gəlir əldə ediblər.

Seçki dövrünün bəyannamələrinə görə, partiyaların gəlirlərinə dair hesabat Audit Xidməti tərəfindən hazırlanmışdır. Bütün seçki subyektləri məlumat vermək məcburiyyətindədirlər, lakin sənəd yalnız xərcləri 100 000 laridən çox olanları əks etdirir.

Partiyaların ianələri aşağıdakı kimidir:
  • Gürcü Arzusu - 10 139 707;
  • Lelo - 2 599 290;
  • Birləşmiş Milli Hərəkat - 2 295 309;
  • Qurucu Strategiyası - 2 015 505;
  • Vətənpərvərlər İttifaqı - 1 886 805;
  • Avropa Gürcüstanı - 1 646 295;
  • Azad Gürcüstan - 392 900;
  • Sosial ədalət naminə - 274 149;
  • İşçi Partiyası - 123 986;
  • Demokratik Hərəkat - 145 300;
  • Vətəndaşlar - 162 565;
  • Azad Demokratlar - 73 880;
  • Milli Demokratik Hərəkat - 107 400;
  • Sosial Demokratlar - 92 384;
  • Digərləri - 646 770.
Bu partiyaların çoxu ianələrdən əlavə büdcədən də gəlir əldə edirlər. Lakin hamısının ianəsi büdcədən alınan məbləğdən qat-qat artıqdır.

Mənbə: On
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər