“Marneulinin kəndlərində içməli su problemini həll etdik” - Zaur Darğallı
“Keşəl, Ambarovka və Algeti Üzümçülük Təsərrüfatı kəndlərində içməli su problemini həll etdik”, – bu barədə Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd Zaur Darğallı öz şəxsi "Facebook" səhifəsində bildirib.

Onun yazdığına görə, uzun illər susluqdan əziyyət çəkən kəndlər içməli su ilə təmin edilib.

Zaur Darğallı onu da əlavə edib ki, onlar tərəfindən əhaliyə verdikləri sözü yerinə yetiriblər.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Kürtlər, Algeti və Kəpənəkçi ərazi vahidliyinə daxil olan kəndlərinə yeni içməli su xətti çəkilir. Yeni xətt çəkildikdən sonra Algeti, Təzəkənd, Əzizkənd, Hacıisakənd, Kürtlər, Ambarovka, Algeti Üzümçülük Təsərrüfatı və Keşəli kəndləri içməli su ilə təmin olunacaq. Tender yanvar ayında elan edilmişdi və mart ayında layihə başlamalı idi. Amma pandemiyaya görə layihə may ayında başladı.

Layihənin birinci hissəsi sona çatıb. İkinci hissənin tikintisi hələ də davam edir. Yerli özünüidarə kəndlərin su ilə təmin edilməsi üçün 3 150 685 lari dəyərində tender elan edib. Tender yanvar ayında elan edilmişdi və mart ayında layihə başlamalı idi. Amma ölkədə koronavirusun yayılmasına görə layihənin həyata keçirilməsi may ayına kimi təxirə salındı. Tenderə görə, qalib gələn şirkət işləri müqavilə bağlandıqdan sonra 135 gün ərzində başa çatırmalıdır.

Print Email
FaceBook Twitter Google