Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki
əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən
indiyədək 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə
yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli
yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2
406-dır.
Mənbə: report.az