Kutaisidə, Çavçavadze prospektində etiraz mitinqi davam edir.
Etirazçılar ictimai nəqliyyatın bərpasını, bazarların açılmasını və
əhalinin peyvənd olunmasını tələb edirlər.
Mitinqə toplaşan vətəndaşların fikrincə, ictimai nəqliyyatın
dayandırılması bələdiyyədə böyük problemlər yaradıb, bağlanılan
bazarlarda və ticarət mərkəzlərində isə minlərlə insan çalışırdı
ki, onlar indi hökumət tərəfindən aclığa məhkum ediliblər.
Onların sözlərinə görə, ictimai nəqliyyatın bərpası ən qısa zamanda
həyata keçirilməlidir, çünki bunsuz bazarların və ticarət
mərkəzlərinin açılması mənasızdır.
Mənbə: report.ge